Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyul

2012
14:38
`Şimal meşələri əməliyyatı`
"Quantanamo körfəzində bir Amerika gəmisini partladıb batırırıq, günahkar isə Kuba olur"

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XVI HİSSƏ)

Bu əməliyyat tarixə, ABŞ hökuməti və Baş Qərargahının birlikdə hazırladıqları ən iyrənc plan kimi düşüb. Belə ki, ABŞ hökuməti və Baş Qərargahı kommunizmə qarşı mübarizəni bəhanə edərək, öz ölkələrində xalqlarına qarşı terror aktları planlaşdırırmışlar. Bununla da Amerika ictimaiyyətini aldadaraq, Kubanı düşmən ölkə kimi göstərməyi bacaracaqlarını və bunun nəticəsi kimi də Kubaya müharibə elan edə biləcəklərinə ümid edirmişlər.

Planın ideya müəllifi prezident Eyzenhauer olmuşdu. Onun yerinə seçilən Kennedi hələ prezident andını içməmişdən əvvəl, Kubanı işğal etmək və tarixə qalib kimi keçmək istəyirdi. Ağ Evdəki otağında hərbi məsləhətçisi general Liman Luis Lemnitzer və digər məsləhətçilərinə Kubanın bir səhv edərək əlinə fürsət verməsini gözlədiyini açıqlamış, gözlədiyi bəhanəni Kuba yaratmadıqda isə demişdi: "ABŞ, hamının qəbul edəcəyi bir səbəb yaratmalıdır."

Prezident Eyzenhauer bunun necə olacağının yolunu da göstərmişdi: "Sanki kubalılar edirmiş kimi, ABŞ-da yerli xalqa qarşı terror hücumları təşkil olunmalıdır."

Amma Eyzenhauer bu iyrənc xarici planını reallaşdıramamışdan əvvəl Ağ Evi tərk edir.

“Şimal Meşələri Əməliyyatı” planı prezident Con F.Kennedinin qarşısına qoyulur. ABŞ Baş Qərargah rəisi və Silahlı Qüvvələrin komandirlərinin hamısı bu əməliyyatı təsdiqləyirlər. Bu xain əməliyyatın planlaşdırılan mərhələləri isə belə idi:

- Amerikada ictimaiyyətin sıx olan prospektlərində günahsız insanlar güllələnərək öldürüləcək, bütün dünyaya bunları kubalılar etdi deyiləcək.
- Kubadan ABŞ-a qaçan və mühacirləri daşıyan gəmilər okeanda batırılacaq, Kuba hökuməti ittiham ediləcək.
- Vaşinqton, Mayami və digər böyük Amerika şəhərlərində addım-addım terror aktları həyata keçiriləcək, bunların məsuliyyəti Kuba hökumətinin üstünə atılacaq.
- Bəzi amerikalılar həyata keçirmədikləri terror aktlarında ittiham olunacaq, heç bir əlaqəsi olmayan təyyarə qaçırılmalarında günahlandırılacaq, bu şəxslər ictimaiyyətə Kuba casusu kimi təqdim ediləcək.
- Ortaya uydurma dəlillər atılaraq, ABŞ-da həyata keçirilən bütün terror aktlarının günahkarı kimi Fidel Kastro göstəriləcək.

20 fevral 1962-ci ildə dünyanın orbitinə çıxacaq ilk amerikalı astronavt ünvanını qazanacaq Con Glen, isə hər şeydən xəbərsiz şəkildə Floridada "Mercury" adlı kosmik gəmi ilə tarixi səfərə hazırlaşırdı. Kosmosda dünyanın ətrafında fırlanmağa başlayacaq kosmik gəmi, Amerikanın simvolu kimi tanınan "Həqiqət, Azadlıq və Demokratiya" sözlərinin yazıldığı bayraq daşıyacaqdı.

Ancaq Baş Qərargah rəisi, general Liman Luis Lemnitzer və Silahlı Qüvvələrin komandirlərinin ağılında başqa bir fikir var idi. Onlar belə təklif edirdilər: "Əgər kosmik gəmi havada partlasa və astronavt Con Glen ölsə, bunu kommunist kubalıların etdiyi dünyaya çatdırılır və biz də Kubaya hücum etmək üçün istədiyimiz sağlam səbəbi əldə etmiş olarıq."

ABŞ-ın Baş Qərargah rəisi general Liman Luis Lemnitzer planının detallarını belə açıqlayırdı: “Ortaya ”Mercury” kosmik gəmisinin uçuşuna kubalıların elektronik cihazlardan istifadəylə müdaxilə etdiyini göstərən müxtəlif sübutlar çıxara bilərik."

Təsəvvür edirsinizmi, ABŞ kosmosa ilk amerikalı astronavtı göndərməyə hazırlaşarkən, Baş Qərargah rəisi və Silahlı Qüvvələrin komandirləri öz vətəndaşları olan astronavt Con Gleni uçuş zamanı öldürərək Kubaya hücum etməyin səbəbini yaratmağa çalışırdılar.

Ancaq Con Glen heç bir problemlə üzləşmədən uçuşunu tamamlayaraq tarixə düşdü. Baş Qərargah rəisi və digər komandirlər isə yeni tələlər hazırlamağa başladılar.

ABŞ əməkdaşlıq etdiyi kubalılara Kuba ordusunun formasını geydirərək onlara Amerikanın Kubadakı dəniz bazası olan Quantanamo körfəzində terror aktları həyata keçirtdirəcəkdi. Onlar bazaya girəcək və əvvəlcədən planlaşdırılmış təxribatları edəcəkdilər. Silah bazasını partladacaq, yanğın törədəcək, təyyarələrə əl qumbaraları atacaqdılar. Və bütün bunlara görə isə Kuba hökuməti məsuliyyət daşıyacaqdı. Ancaq Baş Qərargah rəisi general Liman Luis Lemnitzer bunlarla kifayətlənməyərək başqa bir şey də təklif edirdi: "Quantanamo körfəzində bir Amerika gəmisini partladıb batırırıq, günahkar isə Kuba olur. Ölən və yaralananların adlarını Amerikan mediasında dərc edirik, bizə lazım olan ictimai reaksiyasını yarada bilərik."

Yuxarıda oxuduğunuz “Şimal Meşələri Əməliyyatının” son detallarını müzakirə etmək üçün Baş Qərargah rəisi Lemnitzer 13 mart 1962-ci il, çərşənbə axşamı günü saat 14.30-da əməliyyata rəhbərlik edəcək general Vilyam Kraigle ilə görüşür və onun vəzifə sənədini imzalayır. Daha sonra isə müdafiə naziri Robert Mak Namaranın başçılıq etdiyi "xüsusi toplantı"ya qatılır. Bir saat sonra da prezident Con Kennedinin hərbi məsləhətçisi general Maksvell Teylorla görüşür. Bu toplantılarda nələrin müzakirə olunduğu, nələr danışıldığı bilinmir. Ancaq üç gün sonra prezident Kennedi ABŞ-ın Kubaya qarşı birbaşa hərbi hücum etməsinin qeyri-mümkün olduğunu bildirir!
Çaşqın vəziyyətə düşən, amma hədəflərindən dönmək istəməyən Baş Qərargah rəisi və generallar Kubanın işğalı üçün hərbiyə səlahiyyət verilməsində israr edirlər və bir qədər də irəli gedib sərt üslubla tələb səsləndirirlər. General Liman Luis Lemnitzer bununla da kifayətlənməyib müdafiə naziri Robert Mak Namaraya bu qeydi verir: "Baş Qərargah Kuba probleminin yaxın vaxtlarda təhlil edilməsinin zəruri olduğunu bildirir. Kubadakı kommunist rejim ABŞ silahlı qüvvələri tərəfindən devrilməlidir. Baş Qərargah Kubaya təcili hərbi müdaxilənin milli siyasət kimi qəbulunu təklif edir."

Bu qeydi alan madafiə naziri Robert Mak Namara Baş Qərargah rəisinə olan etibarını tamamilə itirir, onunla əlaqələrini kəsir. Vəziyyətdən hədsiz dərəcədə narahat olan Liman Luis Lemnitzer hirsli şəkildə bu sözləri söyləyir: "Generallar iqtidarı ələ keçirə bilsələr, bu ölkə üçün daha yaxşı olardı!"

Sionist general Liman Luis Lemnitzer olduqca həssas addımların atılması lazım olan böhranlı bir dövrdə ABŞ ordusuna rəhbərlik edən, təhlükəli, hətta balanssız siyasət aparan qatı sağcı idi. Ancaq bu həqiqət də unudulmamalıdır ki, Baş Qərargahın bütün generalları, Silahlı Qüvvələrin komandirlərinin hamısı və Pentaqonun yüksək çinli rəhbərləri də hər hansısa bir bəhanə yaradıb Kubaya qarşı müharibəyə başladılmasının tərəfdarı idilər.
Bir neçə ay sonra Baş Qərargah rəisi vəzifəsi uzadılmayan general Liman Luis Lemnitzer NATO-nun Avropa nümayəndəliyinə təyin edilir.

Həm gizli həm də qeyri-qanuni olan “Şimal Meşələri Əməliyyatı”nın sənədləri qırx il gizli qaldıqdan sonra ortaya çıxarılmışdı.

Davamı var

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
156

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
135

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
145

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
280

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
165

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
410

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
211

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
210

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
211

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
195

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
280
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 20:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru