Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2021
18:36
Bərbər və gözəllik salonlarına onlayn növbə ilə gedəcəyik

Bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq olunacaq.

Faktxəbər bildirir ki, bu barədə “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də deyilir.

Bildirilib ki, iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır.

Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir.

Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır.

Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir.

Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir.

Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır.

Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir.

Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir.

Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
170

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
166

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
213

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 17:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru