
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra sahələr üzrə məhdudiyyətlər tətbiq ediləcək.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qərarə əsasən, sərt karantin rejiminin tətbiq olunduğu ərazilərdə aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:
Səhiyyə və sosial sahə üzrə: elmi tədqiqat və laborator xidmətləri, xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər, baytarlıq xidmətləri, tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı, sosial xidmətlər, sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
İnfrastruktur sahəsi üzrə: kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması), elektrik enerjisinin istehsalı və təchizatı, su təsərrüfatı və meliorasiya, telekommunikasiya və rabitə xidmətləri.
Nəqliyyat və logistika sahəsi üzrə: hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları, dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri, logistika xidmətləri, ictimai nəqliyyat və taksi xidmətləri.
Əsas istehsalat növləri: müdafiə sənayesi məhsullarının istehsalı, neft avadanlıqları və qurğularının istehsalı, qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı, gündəlik baxım və gigiyena vasitələrinin istehsalı, kimyəvi məhsulların istehsalı, kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti, əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı, neft və qazın hasilatı, emalı, saxlanması və satışı, neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi, metallurgiya sənayesi üzrə fəaliyyət, tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri, mühəndislik və layihələndirmə xidmətləri, mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri, qablaşdırma məhsullarının istehsalı, daş, metal və taxta məhsullarının istehsalı, mebel istehsalı və təmiri, diri heyvanların kəsimi.
Pərakəndə və topdan satış üzrə: ərzaq məhsullarının satış məntəqələri, apteklər, yanacaqdoldurma məntəqələri, zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri, tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri, onlayn satışlar.
Məişət xidmətləri üzrə: məişət tullantılarının yığılması və utilizasiyası, kimyəvi təmizləmə, mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri, heyvan sığınacaqları.
Kütləvi informasiya vasitələri.
Maliyyə təşkilatları üzrə: banklar və bank olmayan kredit təşkilatları, lombardlar, investisiya şirkətləri, fond birjaları, sığorta təşkilatları, ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
Xüsusi xidmət növləri üzrə: çatdırılma xidmətləri, tərcümə xidmətləri, poçt xidmətləri, dezinfeksiya xidmətləri.
Vəkillik fəaliyyəti.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi