
Vətəndaşlar evdən çıxmaq üçün 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər.
SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir
-1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
-2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri 4 qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).
Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:
Azərbaycan Respublikasının vətəndaşları üçün - şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE 11111111);
-Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün - Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ) 1111111);
-Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün - müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM 1111111); nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 AZE 1111111 məzmunlu SMS - məlumatı göndərilməlidir.
-Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS - məlumatda icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.
-Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
-SMS - icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.
Bu Qərarın 1.5.3-cü yarımbəndində göstərilən əsasla yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
-Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.
Qərara əsasən, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur.
Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
Bildirilib ki, SMS - icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.
Bu Qərarın 1.5.3-cü yarımbəndində göstərilən əsasla yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
- Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi