Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2020
09:52
ATU iki əməkdaşının koronavirusa yoluxması ilə bağlı iddialara münasibət bildirdi

Azərbaycan Tibb Universiteti (ATU) Onkoloji Klinikasında çalışan iki həkimin koronavirusa yoluxması ilə bağlı iddialara aydınlıq gətirib.

Universitetdən  daxil olan məlumatda bildirilir ki, bir neçə gündür KİV-də ATU-nun Onkoloji Klinikasının həkimi, dosent Fikrət Namazovun və həkim İndira Səfərovanın COVID-19 virusuna klinikada yoluxduğu barədə yanlış informasiya yayılıb və iddialar tamamilə əsassızdır. 

Qeyd olunub ki, əlbəttə tibb işçiləri daim xəstələrlə təmasda olduqlarına görə onların koronavirusa yoluxma ehtimalı daha yüksəkdir: "Ancaq bizdə olan məlumata görə, bir müddət əvvəl mərhum həkimimiz Fikrət Namazov doğmaları ilə birlikdə tədbirdə iştirak edib. Həmin tədbirdə iştirak edən bir neçə qonaqda koronavirus testi müsbət çıxıb və karantin nəzarətinə götürülüb. Bir müddət sonra Fikrət Namazovda koronavirusun əlamətləri müşahidə edildiyindən həkim müayinə edilib və ATU-nun Tədris Terapevtik Klinikasına yerləşdirilib. Təəssüf ki, aparılmış bütün müalicə tədbirləri effektsiz olub və həmkarımızın həyatını qurtarmaq mümkün olmayıb. Həkim İndira Səfərova isə hamiləliyinin 28-ci həftəsindən etibarən analıq məzuniyyətindədir və artıq 2 aydan çoxdur ki, işə gəlmir. İndira Səfərova hazırda ATU-nun Tədris Cərrahiyə Klinikasında həkim nəzarətindədir və hamiləliyinin 37-ci həftəsindədir. Dölün ana bətnində vəziyyəti tam qənaətbəxşdir.

Əlavə olaraq onu da nəzərə çatdıraq ki, bizim klinikada hələ mart ayından etibarən koronavirusla mübarizəyə xüsusi diqqət yetirilir. Hər gün ATU-nun Onkoloji Klinikasında bütün qoruyucu tədbirlər görülür, həftədə bir neçə dəfə dezinfeksiya işləri aparılır və bunun üçün geniş spektrli kimyəvi vasitələrindən istifadə olunur.

Həmçinin klinikamızın əməkdaşları – bütün həkim və tibb personalı vaxtaşırı koronavirus testindən keçirilir və bu məsələyə klinikanın baş həkimi Nigar Mehdiyeva şəxsən nəzarət edir.

Pasiyentlərimiz klinikaya daxil olduğu zaman onların hərarəti ölçülür, qoruyucu tibbi maskalardan istifadə etmələrinə ciddi diqqət yetirilir və pasiyentlər arasında sosial məsafə saxlanılır.

Məlumdur ki, müasir dövrdə təbabətin ən aktual problemlərindən biri və bəlkə də birinci onkoloji xəstəliklərdir.

Bu baxımdan xəstəliyin erkən aşkar edilməsi və vaxtında müalicəsi olduqca vacibdir. Ona görə də, əhalidən xahiş edirik ki, hər hansı narahatçılıq olduğu zaman vaxt itirmədən həkiməonkoloqa müraciət etsinlər. Amma əlbəttə ki, son ayların bəlası olan COVID-19-a qarşı özünü və doğmalarını qorumaq şərti ilə. ATU-nun Onkoloji Klinikasının kollektivi sizə ən yüksək səviyyədə xidmət etməyə hər zaman hazırdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42918

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41237

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42781

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42301

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47793

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42249

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42612
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2020 14:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru