Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2020
11:33
Azərbaycanda nazirliyin 25 əməkdaşı koronavirusa yoluxdu

Bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 əməkdaşı koronavirus infeksiyasına yoluxub. 

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. 

O bildirib ki, virusa yoluxanlardan 3-ü Dövlət Məşğulluq Xidmətinin işçisi (1 nəfər 5 saylı ərazi Məşğulluq Mərkəzinin (Xətai, Nəsimi, Zəngilan), 1 nəfər 4 saylı ərazi Məşğulluq Mərkəzinin (Nərimanov, Binəqədi, Şuşa), 1 nəfər Şəmkir rayon Məşğulluq Mərkəzinin əməkdaşıdır); 6-sı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin işçisi (2 nəfər Xidmətin aparatının, 3 nəfər Protez-Ortopedik Bərpa Mərkəzinin, 1 nəfər Yevlax Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinin əməkdaşıdır); 16 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun işçisidir (1 nəfər Fondun Aparatının, 11 nəfər Qobustan şəhər şöbəsinin, 4 nəfər Yevlax şəhər şöbəsinin əməkdaşıdır)".

Nazirlik rəsmisi qeyd edib ki, xəstələrin vəziyyəti yaxşıdır və müalicələri davam edir: "Paralel olaraq nazirlik əməkdaşlarının virusdan qorunması üçün ciddi profilaktik tədbirlər davam edir. Əməkdaşlar arasında bu istiqamətdə maarifləndirmə və digər zəruri tədbirlər görülür. Nazirlik də hər kəsi aidiyyəti qurumların çağırışlarına ciddi əməl etməyi, virusdan qorunma üçün tətbiq edilən izolyasiya və gigiyenik tədbirləri gündəlik həyat tərzinə çevirməyə çağırır". (report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
280

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
285

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
362

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
307

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
558

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
415
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 17:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru