Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2020
14:25
Koronavirusun ən çox meyl elədiyi qan qrupu açıqlanıb

Birinci qan qrupu olan insanlarSARS-CoV-2 koronavirusu ilə yoluxmağa ən az həssasdırlar. Bu barədə gen analizlərinin aparılması ilə məşğul olan "23andMe" kompaniyasının amerikalı alimləri açıqlama verib. Mütəxəssislərin araşdırmalarının nəticələri şirkətin saytında dərc olunub.

Mütəxəssislər 10 mini koronavirusa yoluxmuş 750 min müştərinin məlumatlarını təhlil edib. Cinsiyyət, bədən çəkisi və yaşa görə tənzimləndikdən sonra tədqiqatçılar birinci qan qrupu olan insanların koronavirusa yoluxma ehtimalının 9-18% az olduğunu müəyyənləşdiriblər.

Beləliklə, yoluxmuşların ümumi sayının yalnız 1,3%-i birinci qan qrupuna aiddir. İkinci qrup arasında yoluxmalar 1,4%, üçüncü və dördüncü qan qruplarının sahibləri arasında yoluxma isə təxminən 1.5  faizdir.

Bundan əlavə, mütəxəssislər tibb işçiləri və xəstələnmə riski ən yüksək olan digər kateqoriyalar arasında koronavirus infeksiyası hallarını təhlil ediblər. Məlum olub ki, koronavirus birinci qan qrupu olan insanların 3,2%-də, ikinci qan qrupunda 3,9%, üçüncü qan qurupunda 4%, dördüncü qan qrupunda isə 4,1 faizində aşkarlanıb.

Beləliklə, birinci qan qrupu olan insanlar 13-26% daha az xəstələnirlər.

Belə bir qoruyucu mexanizm həm müsbət, həm də mənfi Rh faktoru üçün xarakterikdir. Mütəxəssislər ABO genini infeksiya riskinin azalmasının səbəbi adlandırıblar.

İyunun 3-də Avropadan gələn həkimlər və molekulyar bioloqlar ikinci qan qrupunun COVID-19-a meylliliyini izah ediblər. Onların sözlərinə görə, tədqiqatlar birinci qan qrupunun daşıyıcılarının ikincisindən daha az koronavirusa yoluxma ehtimalının olduğunu təsdiqləyib. Bu, mutasiyaların səbəb olduğu qan laxtalanmasının artması ilə əlaqəli ola bilər.

Məqalədə : koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 9-cu gününün duası - AUDİO

21

Aprel
20:28
MƏNƏVİYYAT
130

İraqda İŞİD-çilər yaxalanıb

21

Aprel
16:15
DÜNYA
250

DİN-də yeni TƏYİNAT

21

Aprel
13:59
HÜQUQ,HADİSƏ
263

Azərbaycanda nazir koronavirusa yoluxub

21

Aprel
13:24
ÖLKƏ
235

Sabahın hava proqnozu açıqlandı

21

Aprel
13:10
ÖLKƏ
240

Daha bir marşrut xətti "BakıKart"a keçdi

21

Aprel
12:27
NƏQLİYYAT
235

Ramazan ayının bəzəyi: HİL

21

Aprel
12:00
MƏNƏVİYYAT
255

İran Vyanadakı iclasda şərt qoydu

21

Aprel
11:15
DÜNYA
208
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2021 03:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru