Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2020
11:51
VI `Virtual əlaçı` bilik yarışmasına start verilir

Bu gündən etibarən VI "Virtual əlaçı" bilik yarışmasına start verilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır.

Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.

Bildirilir ki, V "Virtual əlaçı" bilik yarışmasının nəticələri artıq elan olunub. V həftənin əlaçılarının adları da məlum olub.

Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
251

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
632
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 20:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru