Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2020
09:41
30 nömrəli marşrut xətti üzrə `BakuBus` avtobusları işləyəcək

Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə “Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin ("Neftçilər" m/st- Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

Bu barədə FaktXəbər-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Keçirilən monitorinqlər nəticəsində “Transkontrol”un fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

İstehsalat bazasının olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.

Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Təkcə 2019-cu ildə yazılı olaraq və “Alo 141” Çağrı Mərkəzinə sürücülərin davranışı barədə 123, avtobusların istismar vəziyyəti barədə 64 müraciət daxil olub. Müraciətlər əsasında sürücülər barəsində 103 dayanacaqdan kənar, 15 sükan arxasında siqaret çəkmə və 20 hərəkət sxemindən yayınma faktı müəyyən edilərək inzibati cərimələr tətbiq edilib. Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdar olsa da bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.

Sabahdan 30 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Bu isə gündəlik 30 minə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək. Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 34 olacaq.

Keçirilən müsabiqə əsasında “BakuBus”a həvalə edilən marşrut xətləri üzrə dəyişikliklər mərhələli şəkildə icra ediləcək və bu barədə əvvəlcədən məlumat veriləcək.

Məqalədə : BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54251

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52359

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53784

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53534

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58908

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53209

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53578
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-12-2020 06:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru