
Ramazan ayının son cüməsi tarixi bir günə təsadüf edir. Bu, Ümumdünya “Qüds Günü”dür. Bu il də Ramazan ayının son cümə günü, yəni mayın 22-si “Qüds günü” bütün dünyada qeyd olunacaq.
Bu müqəddəs günün tarixinə nəzər salaq...
Hələ qədim dövrlərdən tarixçi mütəfəkkirlərin “Vəhyin əski paytaxtı” adlandırdıqları Qüds şəhəri elə o vaxtdan bu günədək ziddiyyətlərin, çəkişmələrin mərkəzində yer almaqdadır. Bəziləri hesab edir ki, zülmkarlığın, haqsızlığın ziddiyyətin episentri olan bu müqəddəs şəhər həm də zülmə, haqsızlığa qarşı etiraz simvoludur.
“Qüds günü” isə ilk dəfə 1982-ci ildən başlayaraq İranda, Livanda, Suriyada və digər müsəlman ölkələrində qeyd olunsa da, artıq xristian dünyasında da bu gün müxtəlif səpkili tədbirlər keçirilir. Son illər "Qüds günü" Azərbaycanda da qeyd olunur. Bir çox ilahiyyatçılar hətta Ramazan ayı ilə “Qüds Günü” arasında birbaşa əlaqə olduğunu da deyir.
Qüds günü təkcə Fələstində deyil, eyni zamanda bütün dünyada zülmə məruz qalan müsəlman və ya qeyri-müsəlmanların bir növ cəbhəsi sayılır. Bununla da hegemonluq edənlərə, sionizm və sionizmin təsirində olan qüvvələrə etiraz olunur.
Tarixə nəzər...
18-ci əsrdən başlayaraq 20-ci əsrin əvvəllərində İslam dünyası demək olar ki, imperialistlərin dünyanı yenidən bölüşdürülməsi mərhələsini çox ağır şəkildə yaşadı. Həm Birinci, həm də İkinci dünya müharibəsi isə müsəlmanlar üçün böyük bəlalara səbəb oldu. Orta Şərqdə xəritə üzərində sərhədləri cızılaraq yaradılan yeni dövlətlər həm də yeni ərazi münaqişələrinə, müharibələrə səbəb oldu.
20-ci əsr müsəlman dünyasının ən böyük faciəsi isə məhz Fələstində yaşandı. Min illər boyu bu torpaqlarda yaşamış Fələstin xalqı yəhudi dövlətçiliyi ideyasının qurbanına çevrildi. XX əsrin əvvəllərindən başlayaraq Fələstində yəhudi bölgələri yaradan silahlı dəstələr Fələstin xalqına qarşı soyqırımı həyata keçirdi, qəsəbələr, kəndlər yer üzündən silindi, minlərlə insan öldürüldü, 100 minlərlə insan isə didərgin salındı. Osmanlı imperiyası zamanı başlayan bu proses 1922-ci ildə Fələstin əraziləri Britaniya İmperiyasının tərkibinə verildikdən sonra daha şiddətləndi və nəhayət, 1948-ci ildə İsrail dövlətinin yaradılması ilə pik həddə çatdı. Bu gün dünyanın əksər ölkələrinə səpələnən fələstinli qaçqınların ümumi sayı 6 milyondan çoxdur. Bu isə Fələstin xalqının 68%-ni təşkil edir. Müsəlmanların ilk qibləsi, 3 müqəddəs məsciddən biri olan Əl-Əqsa məscidinin yerləşdiyi Qüds şəhəri işğala məruz qaldı və yəhudilərin nəzarəti altına düşdü.
Bir çox tarixçilər Fələstin hadisələrini XX əsrdə müsəlman dünyasının yaşadığı ən böyük fəlakət hesab edirlər. Dünyanın bütün bölgələrində yaşayan vicdanlı insanlar Fələstin faciəsinə səssiz qala bilmir, müxtəlif formalarda öz etirazlarını bildirirdilər. 1969-cu il avqustun 20-də sionistlərin Məscidül-Əqsanın bir hissəsini yandırması İslam dünyasında kəskin etirazlara səbəb oldu. Bu hadisəyə kəskin reaksiya bildirən iranlılar şahdan israrla yəhudilərin ölkədən çıxarılmasını tələb etdilər. İran şahı Məscüdül-Əqsanın məscidinin təmirini öz üzərinə götürməklə yerli narazılığı sakitləşdirməyə çalışsa da, ruhanilər bəyanat verərək şahın bu işini sionistlərin özbaşınalıq və vəhşiliklərini ört-basdır etməsi kimi qiymətləndirdi.
Müsəlmanlar “Qüds Günü”nü həm də müsəlman dünyasının üzləşdiyi problemlərin simvolu hesab edirlər. Kəşmir, Əfqanıstan, İraq, Çeçenistan, Bosniya-Hersoqovina, Fələstin və nəhayət, Qarabağ müharibəsi müsəlman aləminin yaşadığı faciələrdəndir.
Minlərlə müsəlmanın öldürülməsinə, yüz minlərlə insanın qaçqın düşməsinə, tarixi İslam abidələri də daxil olmaqla, böyük bir mədəni irsin məhv olmasına səbəb olan Qarabağ münaqişəsi XX əsrin sonlarında baş verən, müsəlman aləminin ən böyük faciələindən biridir.
Qarabağ münaqişəsi nəticəsində böyük bir müsəlman ərazisi işğal olunub, dinc, günahsız müsəlmanlar soyqırımına məruz qalıb. İslam abidələri talan edilərək alçaldılıb, təhqir olunub. Bu mənada mahiyyət etibarı ilə Qarabağ müharibəsi də Qüds, Fələstin, Bosniya, Kəşmir, Myanmar, Əfqanıstan qədər ağrılıdır. Çünki hər biri müsəlman torpağı, zülmə məruz qalanlar isə müsəlmanlardır.
Həzrət Məhəmmədin (s.ə.s) söylədiyi kimi “Möminlər bir-birilərini sevməkdə, bir-birilərinə mərhəmət etmək və qorumaqda bir bədənin üzvləri kimidirlər. Bədənin bir üzvü xəstə olduğu zaman digər üzvlər də yuxusuzluğa və qızdırmalı xəstəliyə tutular”. Bu mənada Qüds günü həm də Qarabağ deməkdir, eləcə də digər müsəlman dərdləri deməkdir.
Məhz Ramazan ayında qeyd olunması baxımından Qüds günü məzhəb ayrılığı qoymadan, müsəlmanlar arasında vəhdət yaratmaq fürsətidir. Ramazan ayı yoxsul, məhrum, çətinlik içində olan insanların xatırlanması, yardımlaşma ayıdır.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 15:05 Noam Çomski: Tramp tarixdəki ən pis cinayətkardır
- 25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
- 25-06-2020 12:35 Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
- 25-06-2020 12:14 İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
- 25-06-2020 11:14 Həmas liderindən İslam dünyasına təcili çağırışı
- 23-06-2020 10:16 Dünyada koronavirus infeksiyası hallarının sayı 9 milyonu ötüb
- 19-06-2020 14:21 Dağıstan rəsmilərini lom və dəyənəklə döydülər
- 19-06-2020 11:21 ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı
- 19-06-2020 10:37 Tramp NUO barədə gizli sənədlərinin açılması barədə düşünəcəyini vəd etdi
- 19-06-2020 10:15 Nikita Xruşovun oğlu ABŞ-da öldü
- 18-06-2020 16:34 Çin prezidenti Afrikaya koronavirus peyvəndi vəd etdi
- 18-06-2020 14:10 Qazaxıstanın Baş naziri və daha beş nazir koronavirusa görə özünü təcrid edib
- 18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
- 18-06-2020 11:06 Nursultan Nazarbayev koronavirusa yoluxub
- 18-06-2020 10:58 Fələstində 39 yeni koronavirus aşkar edildi
- 18-06-2020 10:45 Tramp keçmiş təhlükəsizlik müşavirini "qəddar axmaq" adlandırıb
- 18-06-2020 10:30 Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü
- 17-06-2020 14:08 Kadırov gürcü jurnalistə sui-qəsd barədə xəbərlərə münasibət bildirib
- 17-06-2020 12:35 Putini koronavirusdan belə qoruyurlar
- 17-06-2020 11:35 Hindistanda bir gün ərzində 2 min nəfər koronavirusdan ölüb
- 17-06-2020 11:30 Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı
- 17-06-2020 10:55 Hindistan və Çin arasında qarşıdurma yaranıb
- 17-06-2020 09:50 Medvedev: 2020-ci ildə Rusiya üç "iqtisadi sarsıntı" keçirib
- 16-06-2020 17:34 İdlibdə Rusiya-Türkiyə patrul yolunda partlayış baş verib
- 16-06-2020 16:39 Cavad Zərif: "İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik"