Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2020
15:06
Milli Məclisin plenar iclasına ikiqanun layihəsi tövsiyə olunub

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlayn iclasda komitənin sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanun layihəsi və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə” Qanun layihəsi daxildir.

Komitə sədri məlumat verib ki, birinci sənəd Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır.

İkinci sənəd isə iki ölkə arasında təhlükəsizlik üzrə əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.

Fikir mübadiləsindən sonra hər iki sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə üzvləri Hikmət Məmmədov, Aqil Abbas, Əminə Ağazadə, Kamal Cəfərov, Elşad Mirbəşır oğlu, Oqtay Əsədov, Nurlan Həsənov, Erkin Qədirli, Elman Məmmədov, Aydın Mirzəzadə, Arzu Nağıyev, Bəxtiyar Sadıqov və Nizami Səfərov iştirak ediblər.

Məqalədə : Milli Məclis plenar məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
256

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
652
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 20:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru