Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2020
12:52
9-cu siniflərin buraxılış imtahanının birinci mərhələsindəki nəticələri 300 ballıq şkalaya keçiriləcək

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova: “Ümumi orta təhsil bazasında buraxılış imtahanı 2 mərhələdə keçirilirdi. Birincidə daha çox bacarıqlar, açıq tipli suallar olurdu. Bu sualların cavabı markerlər tərəfindən təhlil olunurdu. Hər fənn üzrə 30 bal olmaqla sonda 90 ballıq şkala ilə qiymətləndirilirdi. İkinci mərhələdə qapalı suallar ümumilikdə 210 bal təşkil edirdi, sonda 300 ballıq şkala ilə qiymətləndirilirdi”, deyə bildirib.

Onun sözlərinə görə, bu prosesə çoxdan start verilmişdi. Hətta martda birinci mərhələ də olmuşdu: “Pandemiya ilə bağlı kütləvi tədbirlərin keçirilməsi ertələndi. Biz bu imtahanların qrafikini fevral ayında elan etmişdik. Bunlar hamısı bir-biri ilə əlaqəli imtahanlardır. Lakin gözlənilmədən qrafik pozuldu. Gördük ki, buraxılış imtahanını iki  mərhələdə keçirmək olmur. Buraxılış imtahanının nəticəsi orta ixtisas müəssisələrinə qəbul hüququ verir. Ona görə belə təklif etdik ki, Təhsil Nazirliyi ilə birgə bu qaydalara dəyişiklik olsun. Nazirlər Kabinetinin qərarı ilə ümumi orta təhsil bazasından buraxılış imtahanı bir mərhələdə olacaq. Valideyn və şagirdlər narahat olmasınlar. Məzmun hazırlananda hansı mövzuların onlayn keçirilməsi nəzərə alınacaq. Bir mərhələdə 30 qapalı sual və hər fənn üzrə 100 bal olmaqla 300 ballıq şkala olacaq”.

N. Bayramova qeyd edib ki, birinci mərhələni verən şagirdlər yenidən imtahan verməyəcəklər: “Birinci mərhələdəki nəticələr DİM tərəfindən 300 ballıq şkalaya keçiriləcək. Bizdə 3 ilin nəticələri var idi. Son 3 ilin nəticələrinin statistik araşdırmaları aparılıb. Bu proqram vasitəsilə hər bir şagirdin nəticəsi fərdi hesablanacaq və nəticələr təqdim ediləcək”.

Məqalədə : imtahan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
256

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
647
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 20:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru