Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2020
11:20
İllik qiymətləndirmə nəticəsindən narazı qalan şagirdlər üçün yeni qaydalar hazırlanır

İllik qiymətləndirmə nəticəsindən narazı qalan şagirdlərin biliyinin qiymətləndirilməsi ilə bağlı yeni qaydalar hazırlanır.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, qaydaların yaxın 10 gün ərzində təsdiqlənərək ictimaiyyətə açıqlanacağı gözlənilir:

“Bu qaydalarda bütün məsələlərlə bağlı suallara cavab tapılacaq. Amma bizim indi bu qiymətləndirmənin hansı formada aparılacağı ilə bağlı fikir yürütməyimiz düzgün olmaz”.

Qeyd edək ki, bu il ümumtəhsil müəssisələrində ikinci yarımil üzrə heç bir kiçik və ya böyük summativ qiymətləndirmənin aparılması planlaşdırılmır. Şagirdlərin illik qiymətləri birinci yarımilin qiymətləri əsasında çıxarılacaq. Bu qiymətlərdən narazı qalan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
256

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
657
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 20:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru