Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2020
16:45
Rus bölməsinin abituriyentləri üçün qəbul imtahanı qaydası dəyişdirildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən verəcəkləri ayrıca imtahanın davametmə müddəti azaldılıb.

Belə ki, imtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. Qərarla, bundan sonra imtahanın davametmə müddəti 45 dəqiqə olacaq. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar. İndiyə qədər həmin imtahanın davametmə müddəti 1 saat 30 dəqiqə olub.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.

Məqalədə : Rus bölməsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
245

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
236

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
231

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
263

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
257
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 12:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru