Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2020
11:37
Avtomobil ilə toqquşma qaçılmaz olarsa, piyada necə sağ qala bilər?

Piyadalar yol istifadəçilərinin ən həssas kateqoriyasıdır. Azərbaycanda 2019-cu ildə ölkənin avtomobil yollarında 1870 və ya 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz artaraq 2523 nəfər olub. Onlardan 821-i həlak olub, 1702-si isə yaralanıb. Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2018-ci ilə nisbətən 1,4 faiz artaraq 564 nəfər, yaralananların sayı 0,2 faiz artaraq 1631 nəfər olub. Ancaq yolda diqqətli olsanız və qaçılmaz bir avtomobil ilə toqquşma halında necə davranacağınızı bilirsinizsə, həyatınızı xilas edə bilərsiniz.

Çox vaxt problemə səbəb piyadanın özünün ehtiyatsızlığıdır. Qulaqlıqlar, qurğular, telefon və ya digər aksesuarlar. Piyada o zaman "oyanır" ki, güclü əyləc səsi eşidir və bu zaman da avtomobilin bamperi ilə "görüşmək" qaçılmaz olur. Əsas təhlükə ayaqlardan alınan zərbədir: sümüklər qırılır, piyada səkiyə düşür və əlavə xəsarət alır, bəzən bu dünya ilə vidalaşır. Avtomobil istehsalçıları bu problem haqqında bilirlər və müasir minik avtomobillərinin xüsusi dizayn xüsusiyyətlərini təqdim edirlər ki, toqquşma halında piyada kapotun üstünə düşür.

Manekenlərlə aparılan çoxsaylı qəza testləri piyadaları daha necə qoruya biləmənin analizlərini aparmağa imkan verir. Məsələn, "Volvo" ön şüşə sahəsinə xüsusi hava yastığı quraşdırıb ki, bu da bir insanın kapot üzərinə düşərkən başının ön şüşəyə dəyməsi nəticəsində sınmasına mane olur.

Köhnə filmlərin yavaşladılmış formasına baxın. İndi bu səhnələrin əksəriyyəti kompüter tərəfindən çəkilir, amma bundan əvvəl aktyorun peşəkarlığının nümayişi idi. Buradakı əsas sirr, toqquşmadan əvvəl maşının üzərinə tullanmaq və başın ön şüşəyə dəyməkdən necə qorumaqdır.

Avtomobilin sürəti 40 km/saat həddindədirsə, kapotun üzərinə tullanarkən xəsarətdən xilas olmaq və yaralanmalardan qaçmaq olar. Amma bu sürətlə ayaqlarınıza dəyən maşın sümüklərinizi sındıracaq və kəllə-beyin travması alacaqsınız.

Kapotun üzərinə yanı üstə düşmək və başı əllərlə tutmaq, ayaqları isə qarına tərəf yığmaq lazımdır. Toqquşmadan əvvəl avtomobilin sürəti 90 km/saat olsa da, sürücünün əyləcə basması ilə bu sürət 35-40 km/saata qədər enir və bir çox piyadanın yaşaması üçün bu sürət böyük şansdır.

Ancaq kaskadyor məşqi etmək əvəzinə, yolda diqqətlə davranmaq daha yaxşıdır. Ətrafa baxmadan piyada keçidinə daxil olmayın. Qəfildən hərəkət edən avtomobilin qarşısına çıxmayın: hər hansı bir avtomobilin tam dayanması üçün əyləc məsafəsi var və bu məsafəni qısaltmağa çalışmayın.

Piyada keçidinə daxil olmazdan əvvəl sürücünün sizi gördüyünə əmin olmalısınız. Birinci sırada dayanan avtomobillər sizə yol versə belə, yolu keçə bilməzsiniz: ikinci sırada olan sürücülərin sizi vaxtında görməməsi mümkündür. Uşaq arabası ilə hərəkət edərkən əvvəlcə araba ilə piyada keçidinə daxil olmayın. Əvvəlcə təhlükəsizliyə tam əmin olmaq üçün piyada zolağına daxil olun, bütün sürücülərin sizə yol verəcəyini bildikdən sonra arabanı daxil edin. Ən əsası, yolu keçərkən qulaqcıq və kapüşondan istifadə etməyin.

Məqalədə : avtomobil qəzası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54231

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52339

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53769

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53514

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58883

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53189

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53563
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-12-2020 05:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru