
XİN Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümünü ilə əlaqədar açıqlama yaydı
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Azərbaycan Respublikasının Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümünü ilə əlaqədar açıqlama yayıb.
Açıqlamada deyilir: "18 may tarixində Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28 ili tamam olur.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunun işğalı nəticəsində 237 nəfər həlak olub, 67 nəfər isə itkin düşüb. Bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77.700 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüz siyasətinin davamı olan bu işğal rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri məhv edilib. Həmçinin yerli və dünya əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən, 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib; Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.
Təcavüzkar Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da beynəlxalq hümunitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq bu ərazidə qeyri-qanuni fəaliyyəti davam etdirir. Coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.
Məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edilərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, bu qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.
Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələri, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan, münaqişənin sülh yolu ilə həlli pərdəsi arxasında Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında işğala əsaslanan status-quo rejimini möhkəmləndirməyə çalışır və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür.
Lakin, dəyişməyən bir həqiqət var; Laçın və işğal olunmuş Dağlıq Qarabağ və ətraf digər rayonlar da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınır və Azərbaycan ərazilərinin işğalının nəticələri birmənalı şəkildə rədd edilir. Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların məqsədi münaqişənin nəticələrinin aradan qaldırılması, beləliklə də Azərbaycan torpaqlarının işğalına son qoyulması və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin fundamental hüquqlarının bərpa edilməsidir. Beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Xartiyasında əks olunan norma və prinsipləri münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin əsasını təşkil edir. Ermənistanın danışıqlar prosesinin əsassız şəkildə, yalan və saxtakarlıqla uzatması cəhdləri qəbuledilməzdir və bölgədə sülhün təmin olunmasına başlıca maneədir.
Münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun20-05-2020 15:22 XİN-liyi Dağlıq Qarabağda qeyri-qanuni “seçkilərin” və qondarma “andiçmə” i
25-01-2020 12:07 XİN: Azərbaycan Türkiyə ilə birlikdədir və hər cür yardım göstərməyə hazırdı
09-01-2020 11:23 XİN isveçrəli kosmonavtın adını "qara siyahı"dan çıxarıb
28-10-2019 21:36 Azərbaycan Fransaya nota verib
21-10-2019 09:32 XİN: Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz
10-10-2019 14:18 XİN polşalı jurnalistin adını arzuolunmaz şəxslər siyahısından çıxarıb
- 25-06-2020 09:50 Kərəm Həsənovun kadrları işdən çıxarıldı - SİYAHI
- 23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
- 19-06-2020 13:42 Vəzifəli və hüquqi şəxslərlə bağlı yükək məbləğdə yeni cərimələr müəyyən edilir
- 19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
- 19-06-2020 11:58 Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi
- 19-06-2020 11:49 Millət vəkili 190 manatın iyun və iyul aylarında da verilməsini təklif edib
- 19-06-2020 09:32 Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
- 17-06-2020 15:07 İranlı nazir Şahin Mustafayevə zəng edib
- 17-06-2020 13:21 İran Azərbaycana təşəkkür etdi
- 16-06-2020 16:45 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu
- 16-06-2020 16:05 H.Hacıyev Dağıstanda azərbaycanlılarla bağlı baş vermiş hadisəni şərh edib
- 12-06-2020 13:26 Dövlət büdcəsinin icrası təsdiq edildi
- 12-06-2020 09:07 Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək
- 11-06-2020 08:52 Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək
- 10-06-2020 17:42 M. Elmar : Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- 10-06-2020 14:44 Azərbaycan XİN bəyanat yayıb
- 10-06-2020 13:50 Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib
- 10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
- 09-06-2020 12:05 Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
- 08-06-2020 13:31 Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir
- 08-06-2020 10:10 Babək rayonunun ərazi bölgüsündə dəyişiklik müzakirə ediləcək
- 05-06-2020 10:40 Mətbuat Şurası jurnalistlərə müraciət edib
- 05-06-2020 09:52 Bu gün növbədənkənar iclasda 4 məsələ müzakirə ediləcək
- 04-06-2020 09:34 Bu gün keçirilən iclasda bir neçə qanun layihəsini müzakirə ediləcək
- 02-06-2020 12:43 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası təyin edilib