Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2020
10:00
PSJ mərhələ adlayıb, “Liverpul” mübarizəni dayandırıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki oyun keçirilib.

1/4 finalın növbəti iştirakçıları Fransa və İngiltərədə müəyyənləşib.

Fransa paytaxtı PSJ ilə “Borussiya”nın duelinə şahid olub. Azarkeşsiz keçirilən matçda meydan sahibləri ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağı bacarıblar. Birinci hissədə iki cavabsız qol vuran fransızlar bunun sayəsində mərhələ adlamağa müvəffəq olublar.

Yarışın son qalibi “Liverpul” öz meydanında “Atletiko”nu qəbul edib. İspaniyada rəqibinə  0:1 hesabı ilə uduzan "qırmızılar" “Enfild Roud”da da 90 dəqiqəni eyni hesablı qalibiyyətlə tamamlayıblar. İki matçın ümumi nəticəsi heç-heçə olduğundan, əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Yurgen Kloppun yetirmələri burada fərqi 2 topa da çatdırıblar. Lakin madridlilər bundan sonra nəinki fərqi azaldıblar, hətta geridönüş edərək qələbəni də rəsmiləşdiriblər. Yekunda son finalçı "Tottenhem"in ardından çempion da pley-offun ilk duelindəcə mübarizəni dayandırıb.

Beləliklə, "Leypsiq" və "Atalanta"dan sonra PSJ ilə "Atletiko" da 1/4 finala vəsiqə qazanıblar. 1/8 finalın digər dörd cavab qarşılaşması isə martın 17-18-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

11 mart

00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 2:0

Qollar: Neymar, 28; Bernat, 45+1

İlk oyun – 1:2

00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:0. ə.v. 1:3

Qol: Veynaldum, 43, Firmino, 94 - Llorente, 97, 105+1, Morata, 120+1

İlk oyun – 0:1

Məqalədə : Çempionlar Liqası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4300

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2965

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2405

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2005
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 04:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru