Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2020
11:34
Putin və Ərdoğan arasındakı danışıqlar: İdlibdə sülh və BMT-nin reaksiyası

Suriyanın İdlib vilayətində Rusiya və Türkiyə prezidentlərinin bir gün əvvəl Kremldə razılaşdırdığı atəşkəs rejimi qüvvəyə mindi. Müşavirələr altı saatdan çox davam etdi.

Liderlər əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə üzbəüzə danışdılar. Nəticədə tərəflər açıqlama verdilər. Sənədə əsasən, Suriyada martın 15-dən ortaq patrullar bərpa ediləcək və M4 şossesi boyunca təhlükəsizlik dəhlizi yaradılacaq.

Mətbuata açıqlama verən Vladimir Putin fikir ayrılıqlarına baxmayaraq, Moskva və Ankaranın bir çox mübahisəli məsələlərdə razılığa gələ bildiklərini vurğulayıb. "Suriyadakı hadisələri qiymətləndirməkdə həmişə türk tərəfdaşlarımızla ortaq fikirdə olmuruq, ancaq hər dəfə kritik məqamlarda, əldə olunan yüksək səviyyəli ikitərəfli əlaqələrə arxalanaraq, bu günə qədər ortaya çıxan mübahisəli mövzularda ortaq fikir tapa bildik və məqbul həll yollarına gəldik, bu dəfə də belə oldu", - deyə Putin söyləyib.

Türkiyə Prezidenti Ərdoğan isə, "bu gecə (5 martdan 6 marta keçə gecə) saat 00:01-dən başlayaraq atəşkəs rejimi tətbiq ediləcək. Bölgədəki humanitar vəziyyəti daha da ağırlaşdırmamaq üçün Suriyadakı ehtiyacı olanların hamısına lazımi köməklik göstərməyimiz üçün səy göstərəcəyik və bunların nəticəsində ərazilərini tərk edən qaçqınların yaşadıqları yerlərə qayıtmalarını da asanlaşdıracağıq", söyləyib.

BMT Putinlə Ərdoğan arasındakı danışıqlar barədə açıqlama yayıb. Baş katib Antonio Quterres Rusiya-Türkiyə razılaşmasının davamlı atəşkəsə səbəb olacağına ümid etdiyini bildirib.

Danışıqların nəticələri ABŞ-da da şərh edildi. ABŞ Dövlət Departamenti razılaşmanı alqışladığını və İdlibdəki münaqişənin tez bir zamanda yaxşılaşmasına ümid etdiyini söyləyib.

Məqalədə : İdlib Putin Ərdoğan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
237

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
259

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
357
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 22:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru