Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2020
11:15
Martın 9-dək Bakıdakı məktəblərin dezinfeksiyası başa çatdırılacaq

"Ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib".

Bunu Bakı şəhəri 54 saylı tam orta məktəbin dezinfeksiya işləri zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, BŞTİ tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb: "Digər təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması davam etdirilir. BŞTİ ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müqavilə əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır".

O qeyd edib ki, Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb: "Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur".

Məqalədə : Bakı məktəb dezinfeksiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4386

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3011

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2416

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 06:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru