Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2020
12:47
Rezidenturaya sənəd qəbulu sabah başa çatır

2020/2021-ci tədris ili üçün rezidenturaya sənəd qəbulu sabah günün sonunadək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. 

İmtahanda iştirak etmək üçün namizəd mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra kabinetin istifadəçi adı və parolundan istifadə etməklə 2020-ci il 27 fevral saat 23:59-dək mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Fevralın 26-sı saat 12:35-ə olan məlumata əsasən, 987 namizəd (Azərbaycan bölməsi - 882; rus bölməsi – 105) ərizəsini təsdiq edib. İmtahana yalnız elektron ərizəsini təsdiq etmiş namizədlər buraxılır.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 19-da keçiriləcək.

Qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar.

Rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliyə əsasən bu ildən əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz fevralın 27-dək qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

Məqalədə : Rezidentura 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4112

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2903

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2313

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1938
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 13:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru