Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
12:29
Tovuzda gənc müəllimlər üçün təlimlər keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə 13-cü qrant müsabiqəsi üzrə Tovuz rayonunun fəal gənclərindən olan Qurbanova Fatma Rauf qızı tərəfindən icra edilən “Gənc müəllimlər arasında qeyri-formal təhsil və innovativ tədris metodlarının təbliği” layihəsi çərçivəsində Tovuz rayonu və ətraf kəndlərdə fəaliyyət göstərən gənc müəllimlər üçün təlim təşkil edilib.

Təlim Tovuz Gənclər Evində 15 və 16 fevral 2020-ci il tarixlərində həyata keçirilib. Təlimdə xüsusi müraciət forması əsasına seçilmiş 25 nəfər gənc iştirak edib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Fatma Qurbanova Azərbaycan Gənclər Fondu və Fondun fəaliyyət istiqamətləri haqqında qeydlər etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb, onların layihədən əldə edəcəkləri bilik və bacarıqları diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov ölkədə həyata keçirilən dövlət gənclər siyasəti haqqında fikirlərini iştirakçılarla bölüşüb. O, gənc müəllimlərin cari təhsil sistemimizdəki önəmli rolundan və bunun gətirəcəyi üstünlüklərdən bəhs edib.

10 ildən artıq təcrübəyə malik karyera məsləhətçisi, təlimçi və kouç Toğrul Ələkbərov təlimin 1-ci və 2-ci günü "Formal və qeyri-formal təhsil metodlarının fərqi", "Qeyri-formal təhsilin təməl prinsipləri və tətbiqi", "Təhsil sistemi və əmək bazarı", "Şagirdlərin dərsə olan marağının artırılması", "Dərs prosesinin effektiv idarə edilməsi", "İnnovativ tədris metodları ilə tanışlıq", "İnnovativ tədris metodlarının üstünlüyü" kimi mövzularda təlim iştirakçılarını məlumatlandırıb, iştirakçılara uğurlu nümunələr göstərib və qrup işləri təşkil edilib.

Tədbirin sonunda təlimin qiymətləndirilməsi aparılıb, iştirakçılardan Orxan Əhmədov, Səhər İmamverdiyeva, Azər Babayev, Türkanə Alıyeva və digər gənclər təlimi yüksək qiymətləndirib, layihənin həyata keçirilməsinin gənclər üçün çox vacib olduğunu dilə gətiriblər. Belə bir layihənin icrası üçün Azərbaycan Gənclər Fonduna, layihə rəhbəri və təlimçiyə təşəkkürlərini bildiriblər. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib və üzərində AzGF loqosu və layihənin adı yazılmış USB yaddaş kartları hədiyyə edilib. Bu layihənin məqsədi gənc müəllimlərə formal təhsil sistemində qeyri-formal təhsil sistemi metodlarının tətbiq edilməsinin mümkün aspektlərini nümayiş etdirmək, həmçinin bu sahədə nəzəri və praktiki biliklər əldə etmələrini təmin etməkdir.

Məqalədə : gənc müəllimlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48192

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46237

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47901

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47491

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53079

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47129

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47540
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 00:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru