Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
09:50
Deputatlar “Xocalıya ədalət” mövzusunda keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcəklər

Milli Məclisin deputatı Rauf Əliyev “Xocalıya ədalət” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 20-dən 22-dək İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq.

Milli Məclisdən verilən məlumata görə, tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan (AZİZ) Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub.

Yığıncağa xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri qatılacaqlar. Toplantıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, bu faciənin tarixi barədə məlumat veriləcək, bununla bağlı sənədlər təqdim olunacaq.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə Türkiyədə keçiriləcək “Xocalıya Ədalət həftəsi”ndə iştirak etmək üçün fevralın 20-də İstanbul şəhərinə səfər edəcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən İstanbulun bir sıra bələdiyyə və universitetlərində konfranslar təşkil olunacaq.

Toplantılarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlər geniş ictimaiyyətin diqqətinə çatdırılacaq, Xocalı faciəsi qurbanlarının xatirəsi yad ediləcək.

Səfər fevralın 27-də başa çatacaq.

Məqalədə : Deputat Xocalı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
110

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
105

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
115
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 17:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru