
Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə görə, iki nəfər lider olduğu dairədə seçicilərin 20 faizindən bir az çox səsini toplayıb.
Həmin şəxslər Sabir Rüstəmxanlı və Razi Nurullayevdir.
61 saylı Neftçala Seçki Dairəsinin lider namizədi Sabir Rüstəmxanlı dairə üzrə seçkidə səs verənlərin cəmi 21.4 faizinin səsini toplayıb. Həmin dairədə seçiciərin sayı 42 min 619 nəfərdir.
79 saylı İmişli Seçki Dairəsinin lider namizədi Razi Nurullayevin nəticələrində isə cüzi dəyişiklik olub.
Belə ki, MSK-nın lider namizədlər siyahısı ilə bağlı cədvəlində ilk vaxtlar Razi Nurullayevin 20.9 faiz səslə qalib olduğu yazılırdı. İndi isə MSK-nın saytında Razi Nurullayevin 21.4 faiz səs topladığı göstərilir. Həmin dairədə 41 min 804 seçici var.
Qeyd edək ki, MSK 79 saylı İmişli Seçki Dairəsinin beş seçki məntəqəsinin nəticələrini etibarsız sayıb.
47 saylı Mingəçevir Seçki Dairəsinin lider namizədi Aydın Mirzəzadə isə seçicilərin 30.1 faizinin etimadını qazanıb. Həmin dairədə 37 min 745 seçici qeydiyyatdadır.
41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizəd Hicran Hüseynova bu dairə üzrə seçicilərin 32.6 faizinin səsini qazanıb. Hicran Hüseynovanın qalib olduğu dairədə 43 min 149 seçici var.
34 saylı Xətai İkinci Seçki Dairəsinin favoriti Mixail Zabelin seçilərin 35.2 faizinin səsini yığıb. Əvvəl isə onun seçicilərin 35.1 faizinin səsini yığdığı açıqlanmışdı. Bu dairədə 43 min 913 nəfər səsvermə hüququna malikdir. Mixail Zabelinin lider namizəd olduğu dairənin yeddi məntəqəsinin nəticələri etibarsız sayılıb.
Qeyd edək ki, ölkə üzrə seçkiyə ümumilikdə 2 milyon 547 min 982 seçici qatılıb. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir. Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.

Xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir
23
Aprel
Hərbi hissələrdə din xadimlərinin fəaliyyətinə hansı hallarda yol verildiyi açıqlanıb
23
Aprel
Parlamentdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər müzakirə olunur
23
Aprel20-05-2020 15:22 XİN-liyi Dağlıq Qarabağda qeyri-qanuni “seçkilərin” və qondarma “andiçmə” i
05-03-2020 12:29 Seçkinin nəticələri təsdiqləndi
27-02-2020 18:00 Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yayıb
26-02-2020 13:55 MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi
25-02-2020 16:42 MSK parlament seçkilərinə yekun vurulması məsələsinə baxır
25-02-2020 09:35 MSK martın 26-dək bu məlumatları dərc etməlidir
- 23-04-2021 16:35 Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib
- 21-04-2021 09:58 Rəsmi Bakı Ermənistan XİN-ə cavab verdi
- 20-04-2021 15:08 Natiq Cəfərli ilə Tofiq Yaqublu arasında gərginlik
- 20-04-2021 12:53 Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"
- 19-04-2021 15:40 Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb
- 19-04-2021 10:21 İlham Əliyev “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib - FOTO
- 16-04-2021 15:28 Ərdoğan: "Yunanıstan Lozanna müqaviləsini pozur"
- 16-04-2021 12:36 Metyu Brayza: ATƏT-in Minsk Qrupu obyektiv struktur deyil
- 16-04-2021 10:36 Azərbaycan XİN Paşinyana şeirlə cavab verdi
- 15-04-2021 16:58 XİN həmsədrlərin son bəyanatına münasibət bildirib
- 15-04-2021 12:29 Türkiyənin yeni səfiri Bakıya gəlir
- 14-04-2021 13:00 "Rəsmi Bakı 7 bölgənin eyni vaxtda geri qaytarılmasını tələb edirdi"
- 14-04-2021 09:58 Sahibə Qafarova bu gün Rusiyaya səfər edəcək
- 13-04-2021 14:00 Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq?
- 13-04-2021 12:31 "Putinlə "İsgəndər-M"lə bağlı məsələni müzakirə etmişik"
- 13-04-2021 10:16 İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir - CANLI
- 12-04-2021 15:11 Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM
- 12-04-2021 14:42 Lukaşenko Azərbaycana gəlir
- 12-04-2021 12:16 Prezident müxalifəti təmsil edən vitse-spikeri təltif etdi
- 09-04-2021 15:12 Prezident Ailə Məcəlləsində dəyişiklikləri təsdiqlədi – Yeni qaydalar
- 09-04-2021 14:44 BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
- 09-04-2021 12:05 İlham Əliyev Rusiya Federasiyasının baş prokurorunu qəbul etdi
- 09-04-2021 11:23 Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının - VİDEOSU
- 09-04-2021 09:56 BMT Baş Assambleyasının prezidenti Azərbaycanda
- 08-04-2021 15:30 BMT Baş Assambleyasının Prezidenti bu gün Azərbaycana gəlir