
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsselə işçi səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Fil Hoqan ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, konstruktiv və qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüşdə Azərbaycan ilə Aİ arasındakı əməkdaşlıq məsələləri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni sazişlə bağlı danışıqların gedişatı müzakirə edildi.
E.Məmmədyarovu səmimiyyətlə salamlayan F.Hoqan Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair sazişin ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcəyindən əminliyini ifadə etdi.
Öz növbəsində, E.Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə aparılan danışıqların cari vəziyyəti və müzakirəsi davam edən məsələlər barədə qarşı tərəfə məlumat verdi.
Komissar F.Hoqan Azərbaycan Respublikası ilə sazişi layihəsinin ticarət bloku üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd etdi və sənədin bu ilin iyun ayında keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər yekunlaşdırılaraq tədbir zamanı paraflanmasını təklif etdi.
Nazir Azərbaycan tərəfinin danışıqları konstruktiv, bərabər hüquqlu və hər iki tərəfin maraqlarına cavab verəcək şəkildə davam etdirilməsinin tərəfdarı olduğunu vurğuladı.
Tərəflər, həmçinin Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhvəsini yüksək qiymətləndirərək Cənubi Qaz Dəhlizinin yekunlaşması və onun gələcəkdə digər layihələr vasitəsilə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi apardılar.

İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
17
Aprel
Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
17
Aprel
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
17
Aprel
DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel- 16-04-2021 15:28 Ərdoğan: "Yunanıstan Lozanna müqaviləsini pozur"
- 16-04-2021 12:36 Metyu Brayza: ATƏT-in Minsk Qrupu obyektiv struktur deyil
- 16-04-2021 10:36 Azərbaycan XİN Paşinyana şeirlə cavab verdi
- 15-04-2021 16:58 XİN həmsədrlərin son bəyanatına münasibət bildirib
- 15-04-2021 12:29 Türkiyənin yeni səfiri Bakıya gəlir
- 14-04-2021 13:00 "Rəsmi Bakı 7 bölgənin eyni vaxtda geri qaytarılmasını tələb edirdi"
- 14-04-2021 09:58 Sahibə Qafarova bu gün Rusiyaya səfər edəcək
- 13-04-2021 14:00 Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq?
- 13-04-2021 12:31 "Putinlə "İsgəndər-M"lə bağlı məsələni müzakirə etmişik"
- 13-04-2021 10:16 İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir - CANLI
- 12-04-2021 15:11 Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM
- 12-04-2021 14:42 Lukaşenko Azərbaycana gəlir
- 12-04-2021 12:16 Prezident müxalifəti təmsil edən vitse-spikeri təltif etdi
- 09-04-2021 15:12 Prezident Ailə Məcəlləsində dəyişiklikləri təsdiqlədi – Yeni qaydalar
- 09-04-2021 14:44 BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
- 09-04-2021 12:05 İlham Əliyev Rusiya Federasiyasının baş prokurorunu qəbul etdi
- 09-04-2021 11:23 Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının - VİDEOSU
- 09-04-2021 09:56 BMT Baş Assambleyasının prezidenti Azərbaycanda
- 08-04-2021 15:30 BMT Baş Assambleyasının Prezidenti bu gün Azərbaycana gəlir
- 08-04-2021 11:51 İƏT XİN Şurası Azərbaycanla bağlı tədbirlər planı qəbul edəcək
- 08-04-2021 11:30 Vilayət Eyvazovdan yeni TƏYİNAT
- 06-04-2021 15:48 Prezident yeni qurum yaratdı – FƏRMAN
- 06-04-2021 15:30 İƏT-dən azad olunmuş ərazilərinin bərpasına kömək etməyə çağırışı - VİDEO
- 06-04-2021 10:48 Azərbaycanda iki MTN generalının həbsinin TƏFƏRRÜATI
- 05-04-2021 12:15 Fəxrəddin Altun Bakıya səfər edəcək