Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2020
14:43
DİN: `Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq`

Daxili İşlər Nazirliyi (DİN) Müsavat, REAL partiyaları, “D18” hərəkatı və daha bir neçə müstəqil namizədin sabah seçkilərin nəticəsinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binası qarşısında aksiya təyin etmələrinə münasibət bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq: “Onlar mitinq keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Orada onların müraciətinə baxılıb və mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsindəki stadionda keçirilməsinə razılıq verilib. Bundan başqa, dünən mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq müvafiq qanunvericiliyin tələbləri izah edilib və icazə verilən yerdən başqa digər ərazidə mitinqin keçirilməsinin yolverilməz olduğu bir daha onların nəzərinə çatdırılıb. Ona görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu qanunsuz aksiya hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. Onu da vurğulayım ki, belə cəhdlərin qarşısı alınarkən ictimai asayişi bərpa edən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış mitinqin təşkilatçılarının üzərinə düşəcək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
495

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
531

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
557

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
497

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
653

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
510

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
621
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-04-2021 14:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru