
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı növbəti müraciətinə cavab verib.
Mitinqin təşkilatçılarından D 18 təşkilatının rəhbəri Ruslan İzzətlinin verdiyi məlumata görə, mitinqin yenidən 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.
Qeyd edək ki, bundan əvvəl Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhərində "28 May" metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısı) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət etmişdi.
BŞİH-nın fevralın 12-də mitinqin təşkilatçıları İlqar Məmmədov, Ruslan İzzətli, Fərhad Mehdiyev, Fərəc Kərimov və Günel Səfərovaya göndərdiyi cavab məktubunda bildirilib ki, əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilmişdi.
Bundan sonra təşkilatçılar fevralın 13-də yenidən BŞİH-nə müraciət etmişdi.
BŞİH-dən bildirilib ki, 16 fevral 2020-ci il tarixdə keçirilməsi planlaşdırılan mitinqin təşkilatçıları İlqar Məmmədova, Ruslan İzzətliyə, Fərhad Mehdiyevə, Fərəc Kərimova və Günel Səfərovaya göndərilən cavab məktubunda bildirilir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciət 5 iş günü əvvəl təqdim olunmalı olduğu halda, 2 iş günü əvvəl təqdim olunub: “Bu da mövcud qanunvericiliyin tələblərinin pozulması deməkdir. Odur ki, BŞİH-in fevralın 12-də mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi ilə bağlı verdiyi cavab qüvvədədir”.(apa)

Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
09
Aprel
BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
09
Aprel- 09-04-2021 15:12 Prezident Ailə Məcəlləsində dəyişiklikləri təsdiqlədi – Yeni qaydalar
- 09-04-2021 14:44 BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
- 09-04-2021 12:05 İlham Əliyev Rusiya Federasiyasının baş prokurorunu qəbul etdi
- 09-04-2021 11:23 Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının - VİDEOSU
- 09-04-2021 09:56 BMT Baş Assambleyasının prezidenti Azərbaycanda
- 08-04-2021 15:30 BMT Baş Assambleyasının Prezidenti bu gün Azərbaycana gəlir
- 08-04-2021 11:51 İƏT XİN Şurası Azərbaycanla bağlı tədbirlər planı qəbul edəcək
- 08-04-2021 11:30 Vilayət Eyvazovdan yeni TƏYİNAT
- 06-04-2021 15:48 Prezident yeni qurum yaratdı – FƏRMAN
- 06-04-2021 15:30 İƏT-dən azad olunmuş ərazilərinin bərpasına kömək etməyə çağırışı - VİDEO
- 06-04-2021 10:48 Azərbaycanda iki MTN generalının həbsinin TƏFƏRRÜATI
- 05-04-2021 12:15 Fəxrəddin Altun Bakıya səfər edəcək
- 05-04-2021 10:53 Hikmət Hacıyev: "Ermənistan öhdəliklərini yerinə yerirməlidir"
- 03-04-2021 09:53 Ərdoğan Azərbaycana yeni səfir təyin etdi
- 02-04-2021 18:02 "Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb"
- 02-04-2021 14:58 Milli Məclisin sabiq deputatı həbs edildi
- 02-04-2021 12:35 İlham Əliyevdən günəş elektrik stansiyası ilə bağlı SƏRƏNCAM
- 02-04-2021 11:46 Suriya və İraqdakı azərbaycanlı uşaqların ölkəyə qaytarılması üçün tədbirlər görülür
- 02-04-2021 09:56 Vilayət Eyvazovdan yeni TƏYİNAT
- 01-04-2021 17:22 Lavrovla Bayramovun görüşü ilə bağlı Kremldən açıqlama
- 01-04-2021 14:38 İlham Əliyev Vladimir Putinlə Qarabağı müzakirə edib
- 01-04-2021 14:16 İlham Əliyev Selçuk Bayraktarı qəbul etdi - FOTO
- 01-04-2021 12:26 İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib
- 01-04-2021 11:25 BMT Baş Assambleyasının sədrinin Azərbaycana səfərinin tarixi və proqramı açıqlandı
- 01-04-2021 11:12 Ceyhun Bayramov Moskvaya getdi