Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2020
15:05
AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib

"İslam dünyasının ən əziz günlərindən biri, Peyğəmbərin (s) qızı, Həzrət Əlinin (ə) xanımı, pak və mütəhər ruhu ilə cənnət xanımlarının anası sayılan Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu günü münasibətilə başda Zamanın İmamı(ə.f) olmaqla xalqımızı, bütün Əhli-beyt (ə) aşiqlərini, dünyanın qədirbilən müsəlmanlarını səmimi qəlbdən təbrik edirəm. Hər kəsə bu günün bərəkəti ilə bəhrələnməyi, axirət üçün şəfaət aparmağı arzulayıram. Dünyanın həqiqi müsəlmanları bu müqəddəs məqamları həmişə yüksək qiymətləndirir, mübarək günü bayram edirlər."

Bu sözlər AİP lideri Mövsüm Səmədovun Azərbaycan xalqına təbrik məktubundandır. Təbrikdə daha sonra deyilir:

 

"Əlbəttə, belə xoş məramların səbəbi aydındır. Çünki bəşər tarixi çox qorxulu bir dövrə qədəm qoyub. Cəmiyyətlərdə yaranmış kəskin mənəvi böhran yeni nəsli yaxın gələcəkdə qorxulu sindromlarla hədələyir. Ədalətsiz müharibələrin davam etməsi, genişlənməsi, kütləvi insan qətliamlarının artması barış nöqtəsinin olmaması, insanlıq üçün ilahi nümunələrin diqqətdən kənarda qalmasından xəbər verir. Müsəlman dünyasına qarşı basqılar, dövlətlərin çökdürülməsinə, xalqların zəlalət halına salınmasına edilən səylər Peyğəmbər ümmətinə birləşməyi, şeytani istəklərindən əl çəkməyi, fasad və faciə müəlliflərinin maraq və niyyətlərinin həyata keçirilməsində vasitə və alət olmaqdan imtinanı zəruri edir. 

Sadaladığımız gərginliklərdən çıxmaq üçün bu gün kamil İlahi ölçü və nümunələrə malik olmaq ehtiyacı daha böyükdür. Bu baxımdan Allah təala müsəlmanları, o cümlədən də Azərbaycan xalqını Əhli-beyt (ə) və onun ardıcıllarının yaşadıqları, keçirdikləri həyat tərzi ilə maariflənməyi bizə vacib buyurur. Həm də belə vərdişlərə xalqımız təkcə məscid və ya hüseyniyyələrdə deyil, bütün zaman və məkanlarda, o cümlədən də geniş kütləvi informasiya vasitələrində buna münbit şərait yaradılmaqla yiyələnməlidir. 

 Düşünürəm ki, bu gün əcnəbi xalqların yad ruhiyyə ilə yüklənmiş mədəniyyətlərinin mənfi təsirindən qorunmaq və öz milli-mənəvi, dini dəyərlərimizi cəmiyyətə düzgün, əhatəli təlqin etmək zəruridir. Yalnız bu yolla övladlarımızı və bütövlükdə yetişməkdə olan gələcək nəsli sağlam düşüncə və yüksək əxlaqda tərbiyə etməkdə müvəffəq ola bilərik. Ümid edirəm ki, müsəlman xalqımız bu dünyada  Həzrət Fatimənin(s.ə) və Əhli-beytin (ə) lütf və inayətindən, axirətdə şəfaətindən faydalanacaqdır.

Hesab edirəm ki, Həzrət Zəhranın (s.ə) mövludunun ölkəmizdə rəsmi analar günü kimi geniş şəkildə qeyd edilməsinə böyük zərurət yaranmışdır. Bu addım övladlarımızın mənəvi saflığının təmin olunmasına, ailə müqəddəsliyinin qorunmasına, iffətli, ismətli qız-gəlinlərinizin əxlaq nümunəsi kimi cəmiyyətlərə müsbət təsir göstərməsinə əvəzsiz nemət olardı. 

Mən bir daha bu mübarək gün münasibətilə əziz müsəlman xanımlarına, bütün Əhli-beyt (ə) aşiqlərinə təbriklərimi ərz edirəm."

Məqalədə : Mövsüm Səmədov AİP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54737

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52829

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54250

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53974

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59394

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53666

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54030
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 10:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru