Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2020
16:27
Tibb Universitetində daha bir ixtisas açılıb

Azərbaycan Tibb Universiteti bakalavr təhsili pilləsində daha bir yeni ixtisas - “Fizioterapist” ixtisası açılır.

Universitetdən verilən məlumata görə, yeni ixtisas üzrə bakalavriat səviyyəsində 4 illik tədris proqramı təqdim olunur. Dörd illik tam təhsil aldıqdan sonra məzunlar magistratura və ya doktorantura üzrə diplomdansonrakı təhsillərini davam etdirə bilərlər.

Fizioterapiya təbii prosedurlarla müalicə aparan müasir tibbin ən vacib qollarından biridir. Bu sahənin mütəxəssisləri fiziki problemləri olan xəstələrə - zədəli insanlara, əlilliyi olanlara və yaşlı insanlara kömək edirlər. Fizoterapiya belə xəstələrin hərəkət qabiliyyətini yaxşılaşdırmağa, gələcəkdə daha ciddi problemlərin yaranması riskinin qarşısının alınmasına kömək edir.

Təhsil müddətində tələbələr fizioterapistliklə bağlı vacib bilik və bacarıqları əldə edəcəklər. Onlar xəstələrlə görüşüb diaqnoz qoyulmasında iştirak edəcəklər. Bundan sonrakı mərhələdə gələcək mütəxəssislər manual terapiya, müalicəvi idman və elektroterapiya kimi üsulların tətbiqi ilə bağlı müstəqil analiz aparacaqlar. Fizioterapistlər müalicə ilə yanaşı, xəstələrə gələcəkdə zədələrdən yayınmaq, bu vəziyyəti idarə etmək üçün məsləhətlər də verə biləcəklər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4198

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2939

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2334

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1974
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 02:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru