Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2020
11:11
Azərbaycanda gündəlik qaza olan tələbat proqnozu üstələdi

Azərbaycanda gündəlik qaza olan tələbat proqnozu üstələdi

Fevralın 10-dan etibarən ilk dəfə olaraq qaza tələbat gözlənildiyindən xeyli artıb. Belə ki, qeyd olunan tarixdə respublika üzrə qaza tələbat sutkalıq 41 milyon kubmetrə çatıb. Ötən ilin təcrübəsinə görə sutkalıq tələbat 35 milyon kubmetri keçmirdi.

 "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, tələbatın bu həddə çatmasının reallıqlarının əsasında abonent sayının artması, qazdan istifadəyə görə borclu olan istixana sahiblərinə Birliyinin rəhbərliyi tərəfindən edilən güzəştlər, sənaye müəssisələrinin qaza olan ehtiyacının vaxtında təminatı, eləcə də şəbəkənin saz vəziyyətdə saxlanılaraq fasiləsiz və rejimlərə uyğun normal qaz təchizatının həyata keçirilməsi dayanır.

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin anoloji dövrü ilə müqayisədə (10 fevral 2019) qaza olan tələbatın artımında sutkalıq 9 milyon kubmetrdən çox fərq var. Ötən il bu gün üçün tələbat 32 milyon kubmetrə yaxın olub. Bakı şəhəri üzrə hazırda qaza olan tələbat 22 milyon kubmetrdən çox (2019-cu ildə 17 milyon kubmetr), regionlar üzrə isə qaza olan tələbat 17 milyon kubmetrdən çox (2019-cu ildə 13 milyon kubmetr) təşkil edir.

Bildirmək istərdik ki, hazırda ölkə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsini nəzərə alaraq Birlik tərəfindən Qaz Paylayıcı Stansiyalarda (QPS) yerləşən ölçü qovşaqlarından qidalanan orta təzyiqli qaz kəmərlərinin başlanğıc, orta və son nöqtələrində quraşdırılmış qaz tənzimləyici qurğuların giriş-çıxış təzyiqləri ciddi araşdırılır. Texnoloji rejimin artırılmasına tələbatın olduğu halda, qaz təchizatı şəbəkəsində boruda olan qazın həcmi ciddi şəkildə azalmayıb, texnoloji rejimlərin vaxtında verilməsi və qaz şəbəkələrində optimal vəziyyətin saxlanılması təmin olunur.

Məqalədə : təbii qaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3534

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2622

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2033

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1786
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-03-2020 03:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru