Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2020
12:54
Bu şəxslər dövlət qulluğuna imtahansız qəbul ediləcəklər

“Yüksəliş” müsabiqəsinin qaliblərinin adları kadrların ehtiyat bazasına daxil ediləcək və onlar gələcəkdə idarəedici kimi işləyəcəklər. Müsabiqənin 20 qalibinin hər birinə 20 min manat qrant veriləcək. Namizəd həmin vəsaitin 10 min manatını müsabiqə bitəndən sonrakı 1 il ərzində özünün təkmilləşməsi üçün təhsilə xərcləməlidir.

Bunu “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin başa çatması ilə bağlı keçirilən mətbuat konfransında Gənclər və idman nazirinin müavini, "Yüksəliş müsabiqəsi" ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

O əlavə edib ki, "Yüksəliş" müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcəklər və bununla bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də danışıqlar aparılıb:

“Müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək. Bu gün ölkədə aparılan islahatları da nəzərə alsaq, yəqin ki, onlar qısa müddətlə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər. Müsabiqənin qalibləri üçün sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq.”

Məqalədə : dövlət qulluğu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4044

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2862

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2288

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1928
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 20:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru