
Alimlər müəyyənləşdiriblər ki, Çin koronavirusu uşaqlardan yan keçir. Bunun bir neçə səbəbi ola bilər, amma hər halda, yoluxmuş yetkin şəxs körpələrlə təmasdan uzaq durmalıdır.
Yeni koronavirus yaşlı insanlara həmən yoluxur. Xəstəliklərin nəzarət və qarşısının alınması üçün Çin mərkəzlərindən bir qrup tədqiqatçı müəyyənləşdirib ki, virus uşaqlardan yan keçir. Araşdırma "New England Medicine Journal"da nəşr olunub və digər ölkələrin həkimlərinin də diqqətini çəkib.
Çin koronavirusundan təxminən 30 min insan təsirləniv, ancaq yanvar ayının ortalarına qədər 15 yaşdan kiçik insanların yoluxma halları məlum edilməyib. Tədqiqatçılar uşaqların yoluxma ehtimalının az olmasını və ya xəstəlik halında simptomlardan daha az əziyyət çəkdiklərini irəli sürüblər.
Son vaxtlara qədər gənc uşaqlarda yalnız bir neçə koronavirus infeksiyası müəyyənləşdirilib və amma bunların hamısında simptomlar olmayıb.
"Anlamadığımız səbəblərə görə virus ilk növbədə böyüklərə təsir göstərir", - deyə infeksion xəstəliklər üzrə mütəxəssis Riçard Martinello bildirir.
Bu yaxşı bir xəbərdir - uşaqlar nadir hallarda əllərini yuyur və asqırdıqda ağızlarını örtür, daha çox başqalarına toxunur və bu davranış mikroorqanizmlərin yayılmasına kömək edir.
"Uşaqlar qorunursa, bu həm onlar üçün, həm də ümumi əhali üçün yaxşıdır", - deyə pediator Aaron Milston söyləyir: "Uşaqlar virusa yoluxarsa, bu, xəstəliyin partlayışına səbəb olar."
Yeni koronavirus 2002-2003-cü illərdə SARS-ın yayılmasına əhəmiyyətli dərəcədə oxşayır. Həmin vaxt 8 milyon yoluxmadan sadəcə 80 nəfəri uşaq idi ki, sonradan laboratoriya yoxlanışı onların 55-nin adi qrip epidemiyasına yoluxduğu müəyyənləşdirmişdi. Sonradan 12 yaşına çatmamış uşaqlarda SARS-ın yetkinlərə nisbətən daha asan keçdiyi, uşaqlar və yeniyetmələrin xəstəlikdən ölənlər arasında olmadığı və virusun uşaqdan digər şəxsə ötürülməsi hallarının yalnız birinin qeydə alındığı aşkar edildi.
Alimlər 2002-ci ildə baş verən və bu günkü halda hadisələrin iki izahını verirlər: ya uşaqlar infeksiyaya daha az həssasdırlar, ya da bədənləri virusla mübarizədə daha təsirlidir.
Yoluxanların sayı artır və tədqiqatçılar xəstə uşaqların da arta biləcəyini istisna etmirlər.
Milston deyir: "Yeni bir virus görünəndə bütün əhali buna həssas olur. Uşaqların böyüklərə nisbətən bu virusa yoluxma ehtimalının olub olmadığını dəqiq bilmirik."
Hər halda, alimlər vurğulayırlar ki, adi qrip indi dünyada uşaqlar üçün daha təhlükəlidir. Onlar bildirirlər ki, indi qrip və digər mövsümi xəstəliklərdən narahat olmalıyıq. Çünki qrip xəstəliyi uşaqlar arasında böyüklərdən daha aktiv şəkildə yayılır.
Beş yaşa qədər uşaqlar qripin ağır komplikasiyaları üçün risk altındadır, sətəlcəm və tənəffüs çatışmazlığından əziyyət çəkə bilərlər. Aydındır ki, bu, uşaqların immunitet sisteminin xüsusiyyətləri ilə əlaqədardır - orqanizm infeksiya ilə mübarizə aparanda, böyüklərdən daha çox uşaqlar temperatur və toxuma itkisinə rast gəlirlər.
Ümumiyyətlə, qripdən ölənlərin əksəriyyəti (85%-ə qədər) 65 yaşdan yuxarı insanlarda olur. Koronavirus haqqında məlumatlar bir az fərqlənir - 60 yaşdan yuxarı insanlar ölümlərin təxminən 80%-ni təşkil edir.
Ancaq qripdən fərqli olaraq, hələ də koronavirus üçün peyvənd yoxdur.
Milstone deyir: "Bu virusu uşaqlardan uzaq yerdə saxlamaq lazımdır. Onda biz onu dayandıra bilərik."
Tədqiqatçılar qeyd edirlər ki, xüsusi olaraq uşaq xəstəxanalarından məlumat toplamayıblar, buna görə məlumatlar tamamilə dəqiq olmaya bilər. Ancaq uşaqlarda koronavirus infeksiyası riski olsaydı, daha çox sayda xəstəlik bilinərdi.
Qeyd edək ki, xəstəlik barədə müəyyən şayiələr dolaşır. Onlardan biri də Çinin yaşlı nəsildən asan formada yaxa qurtarmaq üçün laboratoriyada belə bir virus hazırladığıdır.

İsraildə müəsir raket istehsalı zavodunda güclü partlayış - VİDEO
21
Aprel
Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
21
Aprel
Zelenski ehtiyatda olan hərbçilərin xidmətə çağırılması haqda qanun imzaladı
21
Aprel21-04-2021 13:24 Azərbaycanda nazir koronavirusa yoluxub
20-04-2021 16:34 Son sutkada nə qədər adam yoluxub?
20-04-2021 14:56 İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb
20-04-2021 09:59 Həkim: “Koronavirusdan sağalan gənclərdə 2-3 ay sonra fəsadlar yaranır” - VİDEO
20-04-2021 09:31 İranın təhlükəsizlik naziri koronavirusa yoluxub
19-04-2021 11:11 Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? - RƏSMİ
- 12-04-2021 09:45 Ömrü 28 il qısaldan zərərli vərdiş məlum oldu
- 09-04-2021 16:16 Peyvəndlə bağlı saxta sənəd verən 12 nəfər işdən çıxarılıb
- 07-04-2021 14:46 Yoluxanların və ölənlərin sayı artdı
- 05-04-2021 16:25 Saxta vaksin sənədi haqda məlumatla bağlı - Rəsmi açıqlama
- 01-04-2021 10:09 Peyvənd olunan şəxslərə karantin qadağaları tətbiq edilməldirmi? - VİDEO
- 01-04-2021 09:28 Günəşin koronavirusa təsiri açıqlanıb
- 29-03-2021 12:31 Səhiyyə Nazirliyi: Allergik xəstəliklər COVID-19 əleyhinə peyvəndləmə üçün əks göstəriş deyil
- 17-06-2020 12:44 Koronavirusun müalicəsi üçün ən effektiv dərman cəmi 10 manata başa gəlir
- 12-06-2020 16:10 Dünyanın genetik "ağları": Albinos
- 12-06-2020 14:25 Koronavirusun ən çox meyl elədiyi qan qrupu açıqlanıb
- 02-06-2020 09:59 Streslə mübarizə aparmaq üçün 10 təsirli qida
- 19-05-2020 09:10 Koronavirus peyvəndi insanlarda sınaqdan uğurla keçirilib
- 16-03-2020 11:05 TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı
- 26-02-2020 14:03 Nazirlik koronavirusdan qorunma yollarını açıqlayıb - VİDEO
- 26-02-2020 10:18 Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı
- 24-02-2020 17:26 Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərlə bağlı RƏSMİ AÇIQLAMA
- 13-02-2020 15:43 Həkimlər koronavirus vaksinlərini sınaqdan keçirməyə hazırlaşırlar
- 12-02-2020 11:32 Xorultu təhlükəli xəstəliyin əlaməti imiş
- 11-02-2020 17:33 Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
- 10-02-2020 14:35 Türk professordan koronavirus açıqlaması: Bunları yeyin, problem yoxdur
- 07-02-2020 13:15 Rusiyalı alimlər virusları öldürə biləcək maska hazırladılar
- 07-02-2020 12:21 Böyrək, hemodializ xəstələri arasında kişilərin sayı daha çoxdur
- 06-02-2020 17:11 Naməlum səbəblərə görə koronavirus bu şəxslərə yoluxmur
- 06-02-2020 12:55 Qoz suyunun faydları
- 31-01-2020 10:51 Çindən gələn bağlamalarda virus ola bilərmi? - VİRUSULOQ CAVABLANDIRIB