Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2020
15:31
Koronavirusa görə `Xiaomi` smartfonlarının təqdimatı ləğv edilib

“Xiaomi” şirkəti smartfonların ənənəvi təqdimatını ləğv edərək onun əvəzinə onlayn tədbir keçirəcək. Bu barədə “Xiaomi” tərəfindən maliyyələşdirilən “Black Shark” şirkətinin baş direktoru Lu Yuyçjou bildirib.

“Black Shark” brendli oyun smartfonları istehsalçısının nümayəndəsinin sözlərinə görə, koronavirus epidemiyası ilə əlaqədar mətbuat konfransı və təqdimat mərasimi keçirilməyəcək.

Bundan başqa, ölümcül koronavirusa görə “Xiaomi Mi 10” smartfonlarının nümayişi ləğv edilib. İstehsalçı nümayəndəsi onun əvəzinə onlayn tədbirin keçiriləcəyini vurğulayaraq bununla qonaqların təhlükəsizliyinin təmin olunacağını və yer üçün icarə haqqına qənaət ediləcəyini qeyd edib. “Xiaomi Mi 10” smartfonlarının buraxılışı fevralın 10-na planlaşdırılmışdı. Növbəti “Black Shark” smartfonunun təqdimat tarixi isə açıqlanmır.

“Xiaomi” şirkətindən başqa növbəti “Honor” smartfonlarının təqdimatı da ləğv edilə bilər. “Honor” şirkətinin “Weibo” sosial şəbəkəsində qeyd olunur ki, 2020-ci ildə brend ilk dəfə yeni smartfonları onlayn şəkildə təqdim edəcək. Məlumatda gələcək tədbirin koronavirusun yayılması təhlükəsi ilə əlaqədar ləğv ediləcəyi göstərilmir.

Məqalədə : Xiaomi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
530

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
566

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
602

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
542

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
678

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
540

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
681
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-04-2021 20:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru