
"Qatilin tezliklə öz cəzasına çatmasını istəyirəm”. Bunu Cebhe.info-ya açıqlamasında Tovuzun Dondar Quşçu kəndində öldürülən və yandırılan 10 yaşlı Nərminin nənəsi Minayə İsmayılova deyib.
O, qətldə şübhəli bilinərək hazırda barəsində həbs qətimkan tədbiri seçilən İlkin Süleymanovun kifayət qədər normal ailədən olduğunu deyib:
"Onlar təmiz və ziyalı ailədir. Amma yenə də ekspertizanın cavabını gözləyirik. Ən böyük istəyim qatilin düzgün müəyyən edilməsi və cəzalandırılmasıdır”.
Minayə İsmayılova Nərminin qətlindən sonra qızı və kürəkəni ilə münasibətləri kəsdiyini deyib. O, nəvəsinin ölümündə qızı və kürəkəninin də günahı olduğunu iddia edib:
"Qızım uzun müddət İlkinin yeznəsi işləyən kafedə işləyib. Dəfələrlə kürəkənim Şərifin İlkinin yeznəsi İbişlə mübahisələri düşüb. Hətta İbişi bıçaqlamaq istəyib. 3-4 ay əvvəl qızım mənə zəng etdi ki, Şərif məni öldürmək istəyir. Getdim ki, Şərif kafenin ətrafında əlində bıçaq gəzişir. Dedim nə məsələdir, qızımla nə işin var? Dedi ki, qızınla deyil, İbişlə işim var. Sonra oradan uzaqlaşdı. Şərifdən polis şöbəsinə də şikayət etmişdim.
Kürəkənim qızımın həmin kafedə işləməsini istəmirdi. Dəfələrlə eşitmişəm, deyirdi ki, İbişi öldürəcəyəm. Nərminin başını da elə onlar - ər-arvad yedilər. Nə qızımla, nə də kürəkənimlə münasibətim var. Gediş-gəlişimiz yoxdur.
Qızım dəfələrlə məni təhqir edib. O uşağın əziyyətini mən çəkmişəm. Kafelərdə işləyə-işləyə, əlim sularda, kirayələrdə qala-qala zülmlə Nərmini böyütmüşəm. Elə saxlamışam o qızı… İndi də yanıb-tökülürəm. O uşağa heyfim gəlir, balama yazıq oldu.
Deyirəm ki, niyə o günə qoydunuz o uşagı? Nərmin qızımın qayınanasının evindən çıxmayıb. O uşağın ölümünə görə onları danışdırmıram, evimə də buraxan deyiləm. Qızım evində otursaydı, Nərmin belə olmazdı. Hər gün əri ilə işləməyin üstündə dava idi. Hələ indi də iş davası edir.
Uşağı ölüb, iş və ev davası edir. Sən niyə Bakıdan ev istəyirsən? Mənim uşağım olmayandan sonra evim heç olmasın. Neynirəm, uşaqsız o evi? Qızım da olsa, sözün düzünü, ümumiyyətlə, kimin nəyi varsa, üzünə deyirəm”.
Xatırladaq ki, Nərminin qətlində ittiham olunan İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başladılıb. İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu
- 28-12-2019 13:09 Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi