Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2020
11:31
Təhsil naziri: `Yeni dərs ilindən məktəblilər üçün avtobuslar təşkil ediləcək`

"Azərbaycanda müsbət demoqrafik artım var. Son illərdə ümumi təhsil sahəsində orta hesabla şagirdlərin sayı 50 min nəfər artıb".

Bunu Təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair mətbuat konfansında bildirib.

Nazir deyib ki, bir sıra yaşayış məntəqələrində kifayət qədər yüksək şagird sıxlığı mövcuddur: "Bu məsələ hər zaman bizim diqqət mərkəzimizdədir. Xəzər rayonu Binə qəsəbəsi, Binəqədi rayonu kənd Binəqədi, Sulutəpə, Xırdalan şəhəri, Masazır və Saray yaşayış məntəqələrində şagird sıxlığı mövcuddur. Adları çəkilən ərazilərlə bağlı tapşırıqlar icra olunmaqdadır. Belə ki, layihələndirmə işlərinin aparılması, əlavə torpaq sahələrinin ayrılması, əlavə məktəb korpuslarının inşası nəzərdə tutulub”. 

Nazir həmçinin qeyd edib ki, valideynlərlə keçirilən görüşlərdə müzakirə edilən məsələlərdən biri də məktəblilər üçün avtobusların təşkil edilməsi ilə bağlı olub: "Bakı Şəhər Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq edilməyə başlanılıb. Agentlik və Təhsil Nazirliyinin birgə işçi qrupu işlər aparır. Bu işlər növbəti aylarda da davam etdiriləcək. Düşünürəm ki, birgə səylərimiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq."

Məqalədə : Ceyhun Bayramov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
431

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
347

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
546

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
406

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
355
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 22:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru