Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2020
15:47
Bakıda 3 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

Bakı Nəqliyyat Agentliyi daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, 3 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

FaktXəbər-in Agentliyə istinadən verdiyi məlumata görə, 117 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməklə “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edəcəklər. “Binə” və “Sədərək” ticarət mərkəzlərini birləşdirən yolun vəziyyəti qənaətbəxş olmadığından avtobusların burdan keçməsi çətinliklər yaradırdı. Bu hal sərnişinlərin də ciddi narahatlığına səbəb olurdu.

185 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən isə avtobuslar Yusif Vəliyev - Dadaş Vasif - İsrafil Məmmədov küçələrindən keçməklə hərəkət edəcək.

206 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Lökbatan qəsəbəsi “Təzə evlər” adlanan əraziyədək hərəkət edəcək. Bu isə həmin ərazidə yaşayan sakinlərin “Elmlər Akademiyası” metro stansiyası istiqamətində rahat gediş-gəlişinin təmin edilməsinə imkan verəcək.

Qeyd edilən dəyişikliklər yanvarın 25-dən tətbiq olunacaq. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
433

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
347

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
547

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
407

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
355
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 23:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru