Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2020
09:53
Doktoranturaya və dissertanturaya xarici dil üzrə imtahan verəcək namizədlərin sayı açıqlanıb

Dövlət İmtahan Mərkəzinin (DİM) yanvarın 26-da doktoranturaya və dissertanturaya xarici dil üzrə keçirəcəyi qəbul imtahanında 1382 namizəd ingilis dili üzrə, 61 namizəd fransız dili üzrə, 61 namizəd isə alman dili üzrə qeydiyyatdan keçib.

Mərkəzdən verilən məlumata görə, namizədlərin xarici dil imtahanı ərəfəsində öz bilik səviyyələrini yoxlamalarına imkan yaratmaq məqsədilə yanvarın 18-də doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçirilən elektron sınaq imtahanında namizədlər test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim edilmiş sərbəst mövzular əsasında esse də yazıblar. 

İmtahanda iştirak edən 307 namizəddən 139 nəfəri (45,3%‑i) yazı blokuna qoyulan 20% minimal bal tələbini ödəyərək 2 və daha yuxarı bal əldə edib. Təəssüf ki, sınaq imtahanı iştirak çılarından 171 nəfəri (55,16%‑i) yazı bloku üzrə minimal tələbi ödəyə bilməmiş və ya esseni ümumiyyətlə yazmayıb. Sınaq imtahanı verən namizədlərdən cəmi 1 nəfəri maksimal bal (10 bal) toplayıb, 3 nəfəri 9.5 bal, 1 nəfəri isə 9 bal nəticə əldə edib. 

Ümumilikdə 67 nəfər (21,61%) yazı bloku üzrə 50% və ya daha yuxarı nəticə əldə edə bilib. Bir çox namizədlər esseni tələb olunan 200-250 sözdən az həcmdə yazıb, bəziləri mövzudan kənara çıxıb, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazıblar. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməyiblər. Doğrudur, sınaq imtahanında namizədlərin əldə etdikləri nəticələr qəbul imtahanının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil. Belə imtahanlar bir qayda olaraq qəbul imtahanının modeli əsasında təşkil olunur və imtahan verəcək namizədlərin həm öz biliklərini və hazırlıq səviyyələrini yoxlamalarına, həm də imtahan texnologiyalarına alışmalarına imkan yaradır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarına əsasən, xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatını (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. 2020-ci il yanvarın 13-dən 15-dək olan müddət ərzində DİM-ə sertifikatını təqdim etmiş 35 namizəd xarici dil imtahanından azad olunub.

Xatırladırıq ki, namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün qəbul imtahanında da sınaq imtahanında olduğu kimi aşağıdakı bloklar təqdim ediləcək:

1. Oxuyub-anlama bloku

2. Dinləyib-anlama bloku

3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar)

4. Yazı bloku (esse yazısı)

Namizədlərin yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.

İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılır.

Doktoranturaya və dissertanturaya qəbul imtahanı ilə bağlı DİM-in internet saytında dəfələrlə geniş məlumatlar verilmişdir. Doktoranturaya qəbul olunmaq istəyənlər üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyən­ləşdirən qəbul imtahanı proqramları DİM-in internet saytında yerləşdirilərək namizədlərə təqdim edilib. 

Doktoranturaya və dissertanturaya hazırlaşanlar xarici dillər üzrə qəbul proqramlarını verilmiş linklərdən (Azərbaycan, rus) yükləyib tanış ola bilərlər.

Xarici dillər üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanının strukturu, məzmunu. bloklar üzrə və ümumi nəticəyə qoyulan tələblərlə buradan ətraflı tanış olmaq mümkündür.

İndi isə imtahanın yazı bloku (esse yazısı) barəsində bəzi məlumat və tövsiyələri, yoxlanılıb-qiymətləndirilməsi nəzərdə tutulan bacarıqları namizədlərin diqqətinə bir daha çatdırırıq.

Qəbul imtahanında namizədlərin aşağıdakı xüsusiyyətlərə əməl etməklə “Xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədi”nin (CEFR) B2 səviyyəsinin meyarlarına cavab verən esse yazma bacarığı yoxlanılacaq:

- Yazının məzmunu, əhatəliliyi və həcmi;

- Yazının məntiqi strukturu;

- Nitqin rabitəliliyi və tamlığı;

- Qrammatik minimumdan düzgün istifadə;

- Lüğət ehtiyatının zənginliyi və səlisliyi;

- Yazı savadı.

Artıq məlumat verdiyimiz kimi, yazı bloku bir tapşırıqdan ibarətdir:

a) verilmiş sərbəst mö yzu əsasında giriş, əsas hissə və yekundan ibarət olan essenin yazılması (həcmi 200-250 söz).

Hər bir yazı işi iki ekspert tərəfindən qiymətləndirmə meyarlarına əsasən yoxlanılır və onların verdiyi qiymətlər əsasında yekun qiymət çıxarılır. Esse yazısı yoxlanılarkən onun mövzuya uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticə (yekun)) mövcudluğu və onlar arasında məntiqi rabitə, mövzunun yaradıcı şəkildə şərhi və əhatə səviyyəsi, fərdi baxışların, fikirlərin məntiqli və inandırıcı şərhi, əks fikirlərin inandırıcı şəkildə təkzibi, fikirlərin sitatlarla, nümunə, təcrübə, fakt və başqa sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılması, söz ehtiyatının zənginliyi, səlisliyi, ifadəlilik, ədəbilik, üslubun neytrallığı və orijinallığı, habelə yazı savadı (yol verilmiş səhvlərin (orfoqrafik, leksik, qrammatik, durğu işarəsi, faktoloji) ümumi sayı) nəzərə alınır.

Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış yazı işləri “0” (sıfır) balla qiymətləndirilir.

Onu da nəzərə almaq lazımdır ki, essenin həcmi 200-250 sözdən ibarət olmalıdır. Həcm tələb olunan minimum 200 sözdən 10 faiz az (ən azı 180 söz) və ya maksimum 250 sözdən 10 faiz çox (ən çoxu 275 söz) ola bilər. Minimal həcmdən (180 sözdən) az olan esselər də “0” (sıfır) balla qiymətləndirilir, esselərin maksimal həcmdən (275 sözdən) artıq olan hissəsi isə qiymətləndirmə zamanı nəzərə alınmır. Esse səliqəli və aydın xətlə yazılmalıdır. Oxunulması və anlaşılması mümkün olmayan esselər də “0” (sıfır) balla qiymətləndirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vilayət Eyvazov mayoru rəis təyin etdi

28

Fevral
11:38
HÜQUQ,HADİSƏ
246

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

28

Fevral
10:28
ELM / TƏHSİL
331

Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşıb

28

Fevral
09:47
İQTİSADİYYAT
380

Fevralın 28-nə manatın məzənnəsi

27

Fevral
17:40
İQTİSADİYYAT
350

Metroda qatarların fəaliyyəti bərpa edildi

27

Fevral
17:20
NƏQLİYYAT
387
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-02-2020 13:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru