Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2020
11:58
Yanvarın 20-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - MÜRACİƏT

"Yanvarın 20-si səhər saat 08:00-dan tədbir tam başa çatanadək bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması və istiqamətin dəyişdirilməsi nəzərdə tutulub". 

Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. O qeyd edib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi və onların rahat, fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə Parlament prospekti istiqamətində Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatr inzibati binasının yanından İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, yəni Milli Məclisin inzibati binasının arxasından, eləcə də Mikayıl Müşfiq Hüseyn Cavid küçələrinin kəsişməsindən, həmçinin Mikayıl Müşfiq dairəsi Mətbuat prospektinin kəsişməsindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək: "Ona görə də Parlament prospektindən hərəkət edən sürücülər alternativ yol kimi paytaxtın Neftçilər prospekti Azneft dairəsi, Bayraq meydanı, Bayıl qəsəbəsi 20-ci sahə dairəsindən istifadə etməlidir və yaxud mərkəzdən Yasamal istiqamətinə hərəkət edən vətəndaşlar isə Səməd Vurğun, Bakıxanov, İnşaatçılar, Nəriman Nərimanov və digər sərbəst və rahat istifadə edə bilərlər".

V.Əsədov həmçinin qeyd edib ki, yanvarın 20-də saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək: "Bir dəqiqəlik sükutun edilməsi elanı verildikdə hər bir nəqliyyat vasitəsinin sürücüsü dayanmalı və səs siqnalından istifadə etməlidir. Tədbirin keçirildiyi əraziyə bitişik yerlərdə şəxsi avtomobillərin park edilməsinin də mümkünsüzlüyünü nəzərə alıb hər bir avtomobil sürücüsü tədbirə qatılmaq fikrindədirsə, ictimai nəqliyyat vasitəsindən istifadə etməsi tövsiyə olunur".

Məqalədə : 20 yanvar Vaqif Əsədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
342

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
256

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
261

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
306

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
655

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
390
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2020 00:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru