Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2020
17:30
İstirahət günlərinin hava proqnozu açıqlanıb

İstirahət günlərinin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 18-də axşam, 19-da yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,gündüz 5-9 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Lənkəran-Astara zonasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 19-da bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti olacaq.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 19-da arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.

Naxçıvan MR-da arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-8, dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Paytaxtda isə gecə və axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, yanvarın 19-da gündüz mülayimləşəcək.Havanın temperaturu gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzərdə zəlzələ baş verib

19

Fevral
17:44
ÖLKƏ
248

Xarici valyutaların manata qarşı məzənnələri

19

Fevral
17:31
İQTİSADİYYAT
254

Paytaxtın bu hissəsində su olmayacaq

19

Fevral
17:10
ÖLKƏ
385

"Azərişıq" 5 min manat cərimə edildi

19

Fevral
16:55
ÖLKƏ
303

Bakı-Qazax yolunda raket tapılıb

19

Fevral
15:17
HƏRB
309

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
347

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
360

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
397
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 09:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru