Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2020
11:56
AQTA məhv etdiyi qida məhsullarının həcmini açıqlayıb

2019-cu ildə qida təhlükəsizliyi nəzarəti sahəsində 1013 yoxlama həyata keçirilib.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə, yoxlamaların 594-ü planlı, 419-u isə plandankənar yoxlamalar olub:

"Nəticədə 2.2 ton qida məhsulu zərərsizləşdirilib, 208.5 ton və 9734 litr qida məhsulu məhv edilib. İdxal nəzarəti zamanı isə əlavə 239 ton qida məhsulu məhv edilib. 545 inzibati cərimə, 14 şərti cərimə və 30 xəbərdarlıq barədə qərar qəbul olunub, 32 3700 AZN inzibati cərimə tətbiq olunub. “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək yoxlamalar, monitorinqlər, zəhərlənmələrlə bağlı araşdırmalar, sertifikatlaşdırma, idxal-ixrac əməliyyatlarının, laborator müayinələrin təhlili nəticəsində ölkədə mövcud olan əsas qida təhlükəsizliyi problemləri müəyyən edilib. Bu problemlər üzrə “Palma yağı”, “Trans yağ”, “Fındıqda aflatoksin”, “Quş əti məhsullarında Salmonella, “Çiy süd və süd məhsullarında Brucella” üzrə risk profilləri hazırlanıb. 2019-cu ildə “Məktəblilər üçün süd” pilot layihəsi hazırlanıb və pilot olaraq 3 məktəbdə (Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 305 nömrəli tam orta məktəb və Qaradağ rayonu, Qobu-1 yaşayış massivində yerləşən qaçqınlar üçün tikilmiş 32 və 29 nömrəli tam orta məktəblər) həyata keçirilib. Qida məhsullarının tərkibində trans yağ turşularının miqdarının minimuma endirilməsi məqsədilə trans yağ turşularının elmi risk qiymətləndirilməsi aparılıb. Bitki mənşəli yağlara dair sanitariya norma və qaydalarının layihələri hazırlanıb. Yaxın gələcəkdə qəbul ediləcək bu norma və qaydada bitki mənşəli yağlarda trans yağların kütlə payının 2 faizdən çox olmaması ilə bağlı tələb öz əksini tapacaq".

Məqalədə : Qoşqar Təhməzli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
651

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
527

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
776

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
579

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
531
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 06:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru