Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2019
10:58
AMEA-da I vitse-prezident vəzifəsi təsis olunacaq

Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə Akademiyanın ümumi yığıncağı keçiriləcək.

AMEA-nın akademik-katibi Əminağa Sadıqovun APA-ya verdiyi məlumata görə, iclasın gündəliyinə bir neçə məsələ daxil edilib: “Gündəlikdə dayanan əsas məsələ AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramının müzakirə olunmasıdır. Proqram müzakirə olunaraq qəbul ediləcək.

İclasda Prezident İlham Əliyev tərəfindən Akademiyanın qarşısında qoyulan tapşırıq və vəzifələr də müzakirə olunacaq. Bundan əlavə, AMEA-nın hazırkı nizamnaməsi 2014-cü, “Elm haqqında” qanun isə 2016-cı ildə qəbul olunub. Yəni, AMEA Nizamnaməsinin “Elm haqqında” qanuna uyğunlaşdırılması zərurəti də yaranıb. Nizamnamədə dəyişiklik etmək üçün bir neçə səbəb yaranıb. Nizamnamə komissiyası bununla bağlı təkliflər hazırlayıb. Həmin təkliflər ümumi yığıncaqda müzakirə olunacaq.

AMEA-da daimi fəaliyyət göstərən Nizamnamə komissiyası olub. Bu komissiyanın yenidən təşkil olunması üçün obyektiv zərurət yaranıb. İclasda bu məsələ də müzakirə ediləcək”.

Ə. Sadıqov deyib ki, iclasda müzakirə olunacaq sonuncu məsələ Akademiyanın  strukturunda dəyişikliyin edilməsidir: “AMEA-nın vəzifələri kifayət qədər artıb, bu da strukturda müəyyən dəyişikliklər olunmasını zəruri edir. AMEA prezidenti tərəfindən Akademiyada 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və dəqiq elmlər üzrə) təsis olunması təklif ediləcək. Ümumi yığıncaq tərəfindən təklif qəbul edilərsə, dərhal bu vəzifələrə seçki keçiriləcək”.

Məqalədə : AMEA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
199

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
204

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
281

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
277

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
288

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
332
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 18:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru