Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2019
23:40
Elmar Məmmədyarov BQXK-nin fəaliyyətini tənqid edib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sesseranı qəbul edib.

XİN-dən FaktXəbər-ə verilən məlumata görə, görüşdə Azərbaycan və BQXK arasında mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunaraq bu çərçivədə görülmüş işlər və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi istiqamətində görülən işlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə edilib.

BQXK tərəfindən həyata keçirilən humanitar layihələr barədə ətraflı məlumat verən Elena Aymone Sessera yaradılan münbit şəraitə görə ölkəmizə təşəkkürünü bildirib və təşkilatın Azərbaycan ilə əməkdaşlığının daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.

Nazir Elmar Məmmədyarov humanitar missiyasının icrasında beynəlxalq təşkilata bundan sonra da lazımi dəstək veriləcəyini qeyd edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb.

Bu xüsusda nazir, saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması məsələsinə toxunaraq BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə beynəlxalq humanitar təşkilatın ölkəmizdə gələcək fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Məqalədə : Elmar Məmmədyarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dövlət büdcəsində 418 milyon manat qalıq yaranıb

17

Fevral
18:12
İQTİSADİYYAT
177

Ədliyyə nazirindən yeni təyinat

17

Fevral
17:39
SİYASƏT
251

Fevralın 18-nə manatın məzənnəsi

17

Fevral
17:34
ÖLKƏ
193

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

17

Fevral
16:35
NƏQLİYYAT
255

MSK-nın iclası keçirilir - YENİLƏNİR

17

Fevral
16:27
SİYASƏT
1521

DSMF-də yeni idarələr yaradıldı

17

Fevral
15:44
ÖLKƏ
323

Vilayət Eyvazovdan yeni təyinat

17

Fevral
15:40
ÖLKƏ
292

13 bağ evini qarət edən şəxslər tutulub - FOTO

17

Fevral
14:58
HÜQUQ,HADİSƏ
300

8 yaşında qocalıqdan öldü

17

Fevral
13:39
MARAQLIDIR
326
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-02-2020 20:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru