Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2019
15:08
“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq, ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

Baş Prokurorluğun Mətbuat Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, bununla belə, əhalinin sosial rifahının yaxşılaşdırılması və əmək hüquqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərə kölgə sala biləcək korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə və sui-istfadə hallarına qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Belə ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılovun ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməsi barədə Baş Prokurorluğa daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.  

Aparılan araşdırmalarla qeyd edilən xüsusatlarla yanaşı, B.İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşları vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək, ümumilikdə, 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, bununla da başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Bundan başqa, istintaq zamanı B.İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün, ümumilikdə, 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. 

İş üzrə B.İsmayılova Cinayət Məcələsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.2.2 (təkrarən dələduzluq törətməyə cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətməyə cəhd), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri, M.Nəzərəliyevaya isə 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. 

Baş Prokurorluq ölkə vətəndaşlarına müraciət edərək yuxarıda qeyd edilən şəxslər tərəfindən rüşvət tələb edilməsi və digər qanunazidd hallarla qarşılaşdıqları halda, bu barədə təxirəsalınmadan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat verilməsini xahiş edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağciyər institunda reanimatoloq yoxdur

27

Yanvar
19:00
HÜQUQ,HADİSƏ
263

Bu universitetin müəllimlərinə töhmət verildi

27

Yanvar
18:45
HÜQUQ,HADİSƏ
328

Mərkəzi Banka daha bir baş direktor təyin edildi

27

Yanvar
18:30
İQTİSADİYYAT
351

İranda zəlzələ baş verib

27

Yanvar
18:06
DÜNYA
355

Yanvarın 28-nə manatın məzənnəsi

27

Yanvar
17:50
İQTİSADİYYAT
241

Rusiya və Yaponiya arasında gərginlik

27

Yanvar
16:47
DÜNYA
340

Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

27

Yanvar
14:55
HÜQUQ,HADİSƏ
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-01-2020 08:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru