Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2019
14:32
Rusiyalı nazir: `Azərbaycanla 6-cı yol xəritəsi razılaşdırılıb`

"Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir".

Bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 18-ci iclasında Rusiyanın İqtisadiyyat naziri Maksim Oreşkin bildirib.

“Aramızda siyasət və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq artır. Bunlar strateji tərəfdaşlığa sübutdur. Hazırda 5 yol xəritəsinin həyata keçirilməsi üçün işlər görülür. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyevanın səfəri zamanı 6-cı yol xəritəsinə dair razılıq əldə olunub və bu, çox mühümdür”, - rusiyalı nazir deyib.

O, Rusiya-Azərbaycan işgüzar şuralarının da yüksək səviyyədə olduğunu söyləyib: "“2019-cu ilin 9 ayı ərzində ikitərəfli ticarət dövriyyəsi 25 faizdən çox artıb.

M.Oreşkin iki ölkə arasındakı sərhəddə keyfiyyətli və səmərəli infrastrukturun yaradılmasını iqtisadi əməkdaşlığın mühüm şərti olaraq səciyyələndirib: “Yaxın zamanda Samur çayı üzərində körpü tikintisi başa çatdırılmalıdır. Bu da ikitərəfli ticarətə və gediş-gəlişə töhfəsini verəcək. Bununla yanaşı, birgə müəssisələr də uğurla tikilir və bunlardan birinin bu gün açılması nəzərdə tutulan əczaçılıq fabrikidir”.(Report)

Məqalədə : Rusiyalı nazir Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
533

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
368

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
338

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
320

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
312

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
403
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 14:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru