Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2019
10:51
Ötən gecə Bakıda 31 yaşlı kişini qətlə yetirən şəxs saxlanıldı

Bakıda küçədə qətl törədən şəxs saxlanılıb.

Nizami rayon Prokurorluğundan verilən məlumata görə, dekabrın 9-da saat 00:30 radələrində Nizami rayon Qara Qarayev prospekti, 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımovun kəsici-deşici alətlə ürəyi və bədənin digər nahiyələrinə zərbələr endirilərək öldürülməsi faktı barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında təxirəsalınmadan polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib. İş üzrə məhkəmə-tibbi ekpertiza təyin edilib, eləcə də digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Səfərov Namiq Bəxtiyar oğlu tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Səfərov şübhəli şəxs tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə : həbs bıçaqlanma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rayonda 135 küçə asfaltlanıb

29

Yanvar
10:42
NƏQLİYYAT
304

Ötən gün yol qəzalarında dörd nəfər ölüb

29

Yanvar
09:45
HÜQUQ,HADİSƏ
345

Atəşkəs 22 dəfə pozulub

29

Yanvar
09:37
HƏRB
260
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 13:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru