Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2019
08:40
Kənd yumurtaları alarkən diqqətli olun

Yumurta qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr vardır.

Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara görə, heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir.

Yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır:

• Yumurta alarkən ilk növbədə yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirməliyik;

• Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir;

• Yumurtaların üzərində yumurtlama tarixini göstərən ştamp vurulmalıdır;

• Çatlaq və qırıq yumurtaları almaq olmaz, çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir;

• Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır;

• Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.

Yumurta istifadə edərkən isə aşağıdakılara diqqət etməliyik:

• Yumurtanın ağı və sarısında mikroorqanizmlərin aşkar olunması ehtimalını nəzərə alsaq, yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir;

• Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır;

• Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır;

• Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır. Belə göstəricilər onun təzə olmasının əlamətidir.(trend)

Məqalədə : Yumurta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rayonda 135 küçə asfaltlanıb

29

Yanvar
10:42
NƏQLİYYAT
289

Ötən gün yol qəzalarında dörd nəfər ölüb

29

Yanvar
09:45
HÜQUQ,HADİSƏ
330

Atəşkəs 22 dəfə pozulub

29

Yanvar
09:37
HƏRB
260

Xarici valyutaların manata qarşı məzənnələri

29

Yanvar
09:10
İQTİSADİYYAT
388
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 12:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru