Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyun

2012
16:16
`OBELİSK` BARƏDƏ NƏ BİLİRİK?
Son əsirlər ərzində dünyanın müxtəlif ölkələrində masonların qüdrət əldə etməsi ilə, ötən 3 əsirdə dünyanın müxtəlif məntəqələrində yüzlərlə obelisk inşa edilib

“Obelisk” kabalistlərin "şeytan simvol"larından biri, şeytanpərəstlər arasında isə "ər tanrı" mənasınadır və massonluq əqidəsində əsas simvollardan sayılır. Bu simvolun müqəddəsliyi massonlar arasında həddindən artıqdır. Təkcə İslam dinində bu simvola hücum olmuşdur. Belə ki, bu simvol "rəmy cəmərat"da var idi və şeytanın simvolu sayılırdı. Müsəlmanlar həcc əməli zamanı ona tərəf daş atırdılar. Amma Ərəbistanın yəhudi hökumətinin hiyləsi ilə “Obelisk” oradan başqa yerə köçürüldü və onun yerinə bir divar hörüldü.

Son əsirlər ərzində dünyanın müxtəlif ölkələrində masonların qüdrət əldə etməsi ilə, ötən 3 əsirdə dünyanın müxtəlif məntəqələrində yüzlərlə obelisk inşa edilib.

Eynı halda tarixin ən böyük obeliski olan modern dövrün ən məşhur obelisklərindən biri Amerikanın birinci prezidenti və mason lojalarının yüksək səviyyəli üzvlərindən olan Corc Vaşinqtonun xatirəsinə həsr olunmuş obeliskdir ki, 19-cu əsirdə Amerikada inşa edildi.

Bu sütun yəni obelisk qədim Misir dinlərində küfr və paqanizm simvolları idilər ki, müxtəlif zamanlarda onlar haqda müxtəlif icmallar edilibdir. Hazırda obelisklər masonlar və şeytanpərəstlik firqələrinə tabe olanlar tərəfindən hörmət edilən simvollardan birinə çevrilib və bu qruplar son neçə əsirdə bu simvolları dünyanın müxtəlif yerlərində inşa ediblər.

"Obelisk" ucalan daş sütun mənasında olaraq, bir yunan terminindən alınıb.

Qədim Misir əsatirlərinə əsasən bu bina günəş tanrısı “Ra” ilə əlaqəli idi.

Obelisk bir dövrdə də “Osiris “ simvolu oldu. Çünki bu ilahənin başqa tanrılara qalib gəldiyi təsəvvür edilirdi!!
Fironlar da müxtəlif məkanlarda öz adlarını yazdırdılar ki, onların biri Obelisk idi.

Obelisklər arasında Fransada Arles Obeliskinə, İtaliyanın Benevento şəhərindəki obelisklər, Münhendə Titus Sextius Afrikanus obeliskinə İtaliyada isə Roma şəhərindəki Obelisklərə işarə etmək olar. Obelisk nümunələrini Aşur Sivilizasiyasında, Nigeriyadakı Oksum İmperiyası , Cənubi Hindistan sahillərində Krala məntəqəsi , Bizans İmperiyası xüsusilə hazırkı Türkiyə ölkəsində və ya hətta 1919-cu ildə kəşf edilmiş Perudakı Obelisk Tello-ya işarə etmək olar.

Obelisklərdə diqqət mərkəzində olan məsələ budur ki, paqanizmin bu simvollarına masonlar və sionistlərin istiqamətləndirməsi ilə rəvac verilir.

Obelisklərin müxtəlif nümunələrini Amerika, İngiltərə, Rusiya, İtaliya, İsveç, Fransa, Şotlandiya , Uels, Rumıniya, Uruqvay, İrlandiya, Pakistan, Sinqapur, Argentina, Yeni Zelandiya , Venesuela, sionist İsrail rejimi, Braziliya, Puertoriko, Dominikan respublikası, Boliviya , Serbiya, Kanada, Cakarta , Şimali Koreya və Filippində müşahidə etmək olar.

Masonluq və satanizm ayinində obeliskin əhəmiyyəti ona görədir ki, onlar bu küfrlə dolu olan simvolun Xaç Müharibələrində Müsəlmanlara qarşı xüsusi rola malik olan Məbəd Şevalyeləri tərəfindən hörmət edilən bir simvol olduğuna inanırlar. Bu simvol yəhudi və mason firqələrindən olan Kabbala firqəsi tərəfindən də istifadə edilir.
Bu şeytani əsatirə əsasən Befomet alnının ortasında beştərəfli bir ulduz olan keçidir. Bu ulduz əlaməti hazırda obelisk yaxud şeytanpərəstlər və masonların əlamətidir. Befometin cinsi aləti məkanında bir metal mil mövcudur ki, obelisk simvolu olan “Sonsuz Həyat” nişanəsidir və onun məmələri Omanismə təbir edilib.

Bu 19-cu əsirdə masonlar tərəfindən reallaşdı. Beləliklə Obelisk bu əsirdə masonların əzəmətli qüdrəti haqda bir simvol oldu. Bu mövzu isə masonların bu şeytani əlamətə olan kəskin və gizli eşqlərinin göstəricisidir.
19-cu əsirdə masonluğun rəvac tapması ilə masonlar Osirisin yeganə xatirə binası kimi, obeliski Qərbin sivilizasiya şəhərlərinin bir çoxuna daxil etdilər. Bu mövzu isə Napoleon tərəfindən Misirin qarət edilməsi zamanı özünün kulminasiya nöqtəsinə çatdı.

Son zamanlar Fransada 1998-ci ildə Fransa prezidenti Jak Şirakın göstərişi ilə Obelisk binasının piramidasını qızıl vərəqlə örtdülər. Hazırda da Bakının mərkəzində ən yeni Obeliskin inşası və onun Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən açılış mərasiminin keçirilməsi Obeliskə rəvac verilməsində şeytanpərəstlərin ən yeni nailiyyətidir.

Uzun illər boyu Allah Evini ziyarət edənlər Rəmye-Cəmərat mərasimində Obelisk binasına oxşar olan bir sütuna doğru daş atırdılar ki, beləliklə Şeytandan uzaq olsunlar və Allah-Taalanın dərgahından qovulmuş şeytanı öz ürəklərindən qovsunlar. Son illər ərzində və Ali-Səud rejiminin Məkkənin yenidən bərpa edilməsi haqdakı qərarına əsasən Kəbənin tarixi binalarında dağıntıların həyata keçirilməsi habelə Məscidül-həram ətrafında şübhəli tikililərin inşa edilməsindən əlavə, Şeytanın üç sütunu da bir divarla əvəz edildi. Rəmye-Cəmərat mərasiminin divarının dizayneri Norman Foster adlı bir sionist memar idi ki, bir çox obeliskin dizaynı və inşasında böyük rola malik olubdur

Masonların önəm verdikləri simvollardan biri də Qədim Misir memarlığının elementlərindən olan obelisklərdir. Obelisk — təpəsi piramida şəklində olan dik və uzun bir sütundur. Belə sütunlar yəqin ki, oxucuların çoxuna tanışdır. Məsələn, Istanbulun Sultan əhməd meydanında yerləşən və turistlərin böyük diqətini çəkən «dikilidaş» bir obelisk.

Üzərlərində Qədim Misirin heroqlifik yazıları olan obelisklər əsrlər boyu torpağın altında gizli qalandan sonra XIX əsrdə aşkarlanıb və Nyu-York, London, Paris kimi şəhərlərə aparılıb. Obelisklərin ən böyüyü isə masonların əli ilə ABŞ-a göndərilib. çünki masonlar obeliskləri və onların üzərindəki Qədim Misir yazılarını öz simvolları kimi qəbul edirlər. «Memar Sinan» dərgisi Nyu-Yorkdakı 21 metr hündürlüyü olan böyük obelisk haqqında bunları yazır: «Memarlıq abidələrinin rəmz kimi işlədilməsinə ən bariz nümunə 1878-ci ildə Misir əmiri Ismayıl tərəfindən ABŞ-a hədiyyə edilən və „Kleopatranın iynəsi“ adlandırılan sütundur. Bu abidə hazırda Nyu-Yorkun Mərkəzi Parkında (Central Park) yerləşir. Sütunun üzərində mason emblemləri həkk olunub. Həmin obelisk qədimdə — eramızdan 1500 il əvvəl Heliopolisdə Günəş-tanrı məbədinin girişində yerləşirdi».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
246

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
259

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
262

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
337

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
267

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
304

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
506

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
422
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 06:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru