Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2019
12:20
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər

Prezident İlham Əliyevin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı rəsmi şəkildə ictimaiyyətə çatdırılıb və seçilmək arzusunda olan vətəndaşlar namizədliklərini irəli sürə bilərlər.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Televiziyasına məlumat verib.

MSK sədri qeyd edib: ““Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar tam hazır vəziyyətdədir və bələdiyyə seçkilərindən növbədənkənar parlament seçkilərinə harmonik və ahəngdar keçid edəcək. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar artıq məntəqə seçki komissiyaları fəaliyyətə başlayıb. İlk baxışdan belə görünə bilər ki, bələdiyyə seçkiləri ilə Milli Məclisə növbədənkənar seçkilərin üst-üstə düşməsi ahəngi poza bilər. Amma mən tam məsuliyyətimlə deyirəm ki, bu heç də belə deyil. Əksinə, bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi hazırlıq baxımından daha geniş imkanlar yaradır. Əvvəla, biz bələdiyyə seçkiləri ilə əlaqədar tədbirləri bütün istiqamətlərdə, demək olar ki, başa çatdırmaq ərəfəsindəyik. Biz artıq bülletenlərin çapı ilə məşğul oluruq. Yəni əsas addımların hamısı atılıb.

Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edib müvafiq sənədləri götürüb öz fəaliyyətlərinə başlaya bilərlər.

Parlament seçkiləri zamanı bizim 125 dairədə seçkilər həyata keçirilir. Prezident seçkilərinə nisbətən parlament seçkilərində işimiz biraz gərgin olur. Bələdiyyə seçkilərində isə bizim işimiz həm prezident, həm də parlament seçkilərinə nisbətən gərgin keçir. Çünki biz 1606 bələdiyyə üzrə seçkilər keçiririk. Təbii ki, prezident seçkiləri bütün ölkələrdə olduğu kimi bizdə də yüksək məsuliyyət və ciddi yanaşma tələb edən bir tədbirdir ki, bütün cəmiyyət gərək öz vətəndaşlıq mövqeyini ortaya qoysun”.

M.Pənahov bildirib ki, MSK-nın iclasında növbədənkənar parlament seçkiləri ilə bağlı məsələlərə baxacaq, müvafiq işçi qrupları yaradılacaq və seçkilərlə bağlı Təqvim planı təsdiq olunacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rayonda 135 küçə asfaltlanıb

29

Yanvar
10:42
NƏQLİYYAT
198

Ötən gün yol qəzalarında dörd nəfər ölüb

29

Yanvar
09:45
HÜQUQ,HADİSƏ
284

Atəşkəs 22 dəfə pozulub

29

Yanvar
09:37
HƏRB
224

Xarici valyutaların manata qarşı məzənnələri

29

Yanvar
09:10
İQTİSADİYYAT
318

Yanvarın 29-na manatın məzənnəsi

28

Yanvar
17:35
İQTİSADİYYAT
349
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 11:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru