Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2019
11:23
İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?

İraqda son iki ayın hadisələrini başa düşmək üçün ölkədə son 16 ildə siyasi ənənə və dəb halına gəlmiş siyasi sistemə də nəzər salmaq lazımdır. 2003-də ABŞ müdaxiləsindən sonra ölkənin siyasi rəbərliyi, baş nazirliyin şiələrə, parlament rəhbərliyinin sünnilərə, prezidentliyin isə kürdlərə verilməsi ilə formalaşmışdı. Son 2 ayda iqtisadi vəziyyətlə bağlı başlamış etirazlar fonunda Ayətullah Sistaninin siyasi rəhbərlikdən tələb etdiyi əsas mətləb də budur ki, sabiq format ləğv edilməli, yeni seçki qanunu yazılmalıdır. Amma müxtəlif dövlətlərin təsiri altında olan fərqli din, millət, məzhəb və konfessiyaların sabiq siyasi ənənəni ləğv edib, İraqda yeni meyarlarla seçkilərə getməsi nə dərəcədə səmərə verəcək və nə dərəcədə İraqa sabitlik gətirəcək öz yerində...

İkinci məsələ budur ki, son iki ayın hadisələri nəticəsində baş nazir Ail Əbdül-Mehdi istefa verdi. Halbuki 5 ay idi azad və şəffaf seçkilərin nəticəsi olaraq iş başına gəlmişdi. Eynilə 2013-cü ildə seçki yolu ilə baş nazir olan əl-Malikinin istefaya məcbur edilməsi kimi. Bu o deməkdir ki, artıq son 16 ildə İraqda demokratiya azı iki dəfə sınaqdan keçə bilmədi və elə İraqın öz siyasi rəhbərliyi (mərcəiyyətin tövsiyyələri ilə) baş nazirləri müəyyən yollarla istefaya getməyə məcbur və ya tövsiyə etdilər.

Üçüncü məsələ İraqda adi xalqın tələbidir ki, bu da işsizlik korrupsiya və digər iqtisadi məsələlərlə bağlıdır ki, öz yerində haqlı tələblərdən ibarətdir.

Dördüncü məsələ budur ki, İraq və Livan digər ərəb dövlətlərilə müqayisədə şəffaf seçkiləri olan siyasi rəqabəti olan nadir ölkələrdəndir. Amma niyə məhz buradakı sosial tələblər siyasi böhran və daxili qarşıdurma həddinə gətirib, çıxarılır, bunun da gün kimi aydın olan səbəbləri var. Qısası budur ki, İraqda iş başına gələcək siyasi rəhbərlik Haşd-Şabi -ni "zərərsizləşdirməsə" Amerika və Səudiyyə ondan razı olmayacaq. Gələcək Livan hökuməti də Hizbullahın fəaliyyətini məhdudlaşdıra bilməsə yenə də ABŞ-ın qəzəbinə tuş gələcək. Bundan savayı bu iki ölkə İranla müxtəlif müstəvilərdəki əlaqələrini də köklü şəkildə dəyişməlidirlər. Dediyim kimi, halbuki bu iki ərəb ölkəsi digərlərilə müqayisədə ən demokratik ölkələrdir.

Beşinci məsələ budur ki, İraqda sabiq siyasi idarəçilik ənənəsi dəyişəcəyi təqdirdə kürdlərin narazılığı da artacaq. Onlar Ayətullah Sistaninin qaldırdığı məsələdən və seçki qanunun yazılmasından narahatdırlar.

Altıncı İraq təkcə İranla deyil, Çin və Rusiya kimi dövlətlərə əldə etdiyi iqtisadi anlaşmalara da yenidən nəzər salmalıdır, yoxsa ABŞ-ın təzyiqi ilə böhran davam edəcək. Bu böhran da elə şiə siyasi partiyaları arasında uçurumların və qarşıdurmaların yaradılması ilə sürətlənə bilər.

Qısası, bundan sonra İraqı bir ölkə olaraq asan günlər gözləmir. İraq İran kimi ola bilməz onun dövlətçilik ənənəsi zəifdi. İranda olan dövlətçilik ənənəsi və dini rəhbərlik əsas iki faktor kimi ölkəni müstəqil və toxunulmaz saxlayır. İndi İraqda İranda olanlardan yalnız biri var, o da müəyyən və məlum fərqlə.

Samid Paşa

Məqalədə : İraq aksiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54753

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52839

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54255

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53979

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59404

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53686

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54040
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 15:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru