Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2019
16:11
Məmmədyarov: Mnatsakanyana məsləhət görərdim ki

E.Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılmasıdır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır.

FaktXəbər-in verdiyi məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

Nazir ötən gün ermənistanlı həmkarı ilə ATƏT Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutmuş görüşü barədə danışıb:

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib, siz artıq bu bəyanatla tanışsınız. Dünən görüşümüz təxminən üç saat yarım davam edib. Bu, kifayət qədər sərt danışıqlar oldu. Təəssüf ki, qarşımızda hələ də həll olunmamış problemlər qalır. ATƏT Minsk qrupu ilə müzakirə etdiyimiz məsələ münaqişənin nizamlanmasına mərhələli yanaşmadır. Əlbəttə ki, birinci addım münaqişənin başlıca fəsadlarının aradan qaldırılması, yəni BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində vurğulandığı kimi, Qarabağ regionundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılması olmalıdır. Bizim yaydığımız bəyanat mənim ölkəmin mövqeyini əks etdirir. Düşünürəm ki, mənim ölkəmin mövqeyi dəyişməyib, eynidir. Erməni həmkarımın çıxışından sonra işim daha asandır. Erməni həmkarıma məsləhətim budur ki, o, Helsinki Yekun Aktını bir daha oxusun”.

Azərbaycan XİN başçısı ATƏT regiondakı münaqişənin həllinin vacibliyini vurğulayan bütün nümayəndələrə təşəkkür edib.

Məqalədə : Elmar Məmmədyarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Almaniyada atışma baş verib

24

Yanvar
17:58
DÜNYA
245

Polisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQ

24

Yanvar
17:14
HÜQUQ,HADİSƏ
272

Azərbaycan Texniki Universitetində yeni təyinat

24

Yanvar
16:18
ELM / TƏHSİL
720
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-01-2020 01:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru