Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2019
13:52
Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür

“Azərbaycan müstəqil, demokratik ölkədir və insanların xarici ölkələrdəki dini müqəddəs yerlərə - istər İslama, istər xristianlığa, istərsə də yəhudiliyə aid olsun - ziyarətə getməsinə heç bir maneə yoxdur”.

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, dinə aid müqəddəs yerlərə ziyarət təşkil edilərkən bunun da qanunvericiliklə həyata keçirilməsi nəzərdə tutulur: “Dini müqəddəs yerlərə ziyarətlərdəki bir növ nizamsızlıq, prosesə nəzarətsizlik müəyyən fəsadlar yaradır. Bu cür ziyarətləri təşkil edən hazırlıqsız turist şirkətləri bəzən insanları toplayır, ancaq lazımi səviyyədə təşkilatçılıq işləri həyata keçirə bilmir, bundan da insanlar əziyyət çəkir. Ona görə də düşünülür ki, İslama aid dini müqəddəs yerlərə ziyarətlər Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilsin və bu işin nizamlanması üçün lazımi tədbirlər görülsün”.

Komitə sədri qeyd edib ki, İslam dininə aid müqəddəs yerlərə ziyarətin təşkili “Dini etiqad azadlığı haqqında" qanunda da, eyni zamanda “Lisenziya haqqında” qərarlar və qaydalarda da əksini tapa bilər:

“Bu məsələnin üzərində mütəxəssislər işləyir. Hansısa bir variantda bu məsələnin tənzimlənməsi düşünülür”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48000

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46072

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47715

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47336

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52863

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46933

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47350
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 18:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru